Accessibility links

Amerika məcburi köçkünlərə kömək edir


Amerika məcburi köçkünlərə kömək edir
Amerika məcburi köçkünlərə kömək edir

Layihə məcburi köçkünlər icmasının həyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Laçın rayonundan olan, Ceyranbatan qəsəbəsindəki peşə məktəbinin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər icmasının həyat şəraitinin yaxşılaşdırılması üzrə layihənin həyata keçirilməsinin gedişatı ilə tanış olub. Layihənin həyata keçirilməsi ideyası sentyabrın 11-də, Amerika səfirliyinin əməkdaşları bu yataqxanalarda humanitar aksiya keçirərkən yaranıb. Aksiya Nyu-Yorkda törədilmiş teraktın 10-cu ildönümünə həsr edilmişdi.

Layihə “Save Children” təşkilatı tərəfindən ABŞ-ın Miqrasiya və Qaçqınlar Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri, “Save Children” nümayəndəsi Sahib Məmmədov bildirib ki, layihə çərçivəsində yataqxanaların və onlara bitişik məcburi köçkünlərin yaşadığı tikililərin kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulur. Bundan başqa, yataqxanalardan birinin birinci mərtəbəsində yerləşən Minkənd kənd məktəbində uşaqların məktəbəqədər hazırlığı üzrə layihələr həyata keçiriləcək. Bundan əlavə, 50 uşağa sənət (xarratlıq işi, xalçaçılıq və s.) öyrədiləcək.
Ümumilikdə bir il ərzində həyata keçiriləcək layihəyə 260 min ABŞ dolları ayrılacaq. Onlardan 200 min dollarını Amerika tərəfi, 60 min dolları isə Tahir Gözəl adlı sahibkar ayırıb.

Səfir Brayza qeyd edib ki, bu, pilot layihədir və onun müsbət təcrübəsindən digər təhsil proqramlarının həyata keçirilməsində istifadə olunacaq. O bildirib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, xüsusən Laçın və Qarabağ ətrafında yerləşən digər rayonların azad edilməsi üçün səy göstərir.
Amerika səfiri həmçinin məcburi köçkünlərlə söhbət edib, onların problemlərini dinləyib və yaşayış üçün yararsız halda olan otaqlara baxış keçirib. Ümumilikdə yataqxanalarda və ona bitişik ərazilərdə 150-yə yaxın ailə yaşayır.

XS
SM
MD
LG