Boks üzrə ağır çəkidə üç dəfə dünya çempionu Məhəmməd Əli və Amerikanın digər nüfuzlu müsəlmanları və din xadimləri İranda həbsdə olan amerikalı turistlərin ailə üzvlərinə qoşularaq, İranın Ali dini rəhbərinə onların azad edilməsi ilə bağlı müraciət edəcək.
Müraciət mayın 24-də Vaşinqtonda Milli Mətbiat Mərkəzində keçiriləcək tədbir zamanı açıqlanacaq. Amerikanın tanınmış və nüfuzlu müsəlmanları Ali dini rəhbərə müraciətdə onu İslam dininin mərhəmət, əfv etmək və şəfqət göstərmək prinsiplərinə əsaslanaraq, amerikalı turistləri azad etməyə çağırır.
Amerikalı Şeyn Bauer və Coş Fattl 2009-cu ilin iyul ayından İranda həbsdə saxlanır.