Accessibility links

4 iyul - ABŞ-da Müstəqillik Günüdür


Birləşmiş Ştatlarda bütün amerikalılar ölkənin müstəqilliyinin 245 illiyini qeyd edir.

4 İyul Müstəqillik Günü bayramının təməli 1776-cı ildə ABŞ-ın 13 koloniyasının İnqilab müharibəsi zamanı Böyük Britaniyadan müstəqillik əldə etməsi ilə qoyulub.

Bu il byaram bazar gününə təsadüf etdiyi üçün tətil günü mayın 5-də, bazar ertəsi olacaq. Həmin gün dövlət idarələri və sıra müəssisələr tətil elan edib.

Bu gün adətən İlk prezident Corc Vaşinqtonun ev muzeyi olan Mount Vernondan bir neçə kilometr aralıda ABŞ vətəndaşlığını qəbul edənlərin andiçmə mərasimi keçirilir.

4 iyul 1941-ci ildən bəri federal bayramdır.

Bu gün bir çox ailə və dost barbekü üçün bir araya gəlir. Amerikanın bir çox şəhərində bu gün piknik, parad və atəşfəşanlıqla qeyd olunur.

Amerika Avtomobil Assosiasiyası bu il rekord sayda avtomobilin yola çıxacağını proqnozlaşdırır. Bu vaxt aviaşirkətlər biletlərə olan böyük tələbatı ödəmək üçün mübarizə aparır.

XS
SM
MD
LG