Accessibility links

The Wall Street Journal: ABŞ Netanyahunun danışqılarını dinləyib


ABŞ-ın The Wall Street Journal qəzetinin yazdığına görə, Amerika İsrailin baş naziri Benyamin Netanyahunun yardımçıları ilə kommunikasiyaları barədə casusluq edib. Baxmayaraq ki, ABŞ prezidenti Barak Obama iki il əvvəl dost ölkələrin telefon söhbətlərinin dinlənilməyəcəyinə vəd verib.

Qəzet Ağ Evin Netanyahu başda olmaqla söhbətləri dinlənilən müttəfiqlərinin siyahısını gizli saxlamaqdan imtina etdiyini yazıb.

Məlumatda bildirilir ki, ABŞ İranla nüvə razılığı əldə etməyə çalışan vaxt Netanyahunun söhbətlərini dinləyib.

Danışıqların dinlənilməsi iki ölkə arasında inamsızlığı artırıb.

The Wall Street Journal yazır ki, Amerikanın İsrail liderləri, ABŞ qanunvericiləri və Amerika-Yəhudi qruplarını hədəf alması Ağ Evin Konqreslə bağlı casusluq etdiyinə dair qorxuları da artırıb.

Məlumatda deyilir ki, Ağ Ev İranla razılıq əldə edilərkən sənədin əleyhinə olan Netanyahunun danışqılarının əhəmiyyət kəsb edəcəyinə inanıb. Belə ki, İsrail lideri ABŞ Konqresinə razılığın İranın nüvə silahı əldə etməsinə yardım edəcəyini deyib.

İyul ayında əldə edilən razılıq İranın nüvə proqramını məhdudlaşdırması müqabilində o ölkəyə qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG