Accessibility links

Oklahoma ştatında edam hökmünün icrası uğursuz olub


ABŞ-ın Oklahoma ştatında inyeksiya yolu ilə edam prosesinin uğursuz keçirilməsi nəticəsində məhbus 40 dəqiqə əzab çəkdikdən sonra ürək tutmasından həyatını dəyişib.

Oklahomanın islah şöbəsinin direktoru Robert Patton məhbus Klayton Lokettə ştatın ilk üç dərmanın qarışığından hazırlanmış yeni ölüm iynəsini yeridildiyini, amma iynənin effektiv olmadığını deyib.

13 dəqiqə sonra zorlama və qətldə təqsirli bilinən şəxs ağır nəfəs almağa və dişlərini qıcamağa başlayıb.

Rəsmilər izləmə otağından ölüm otağında baş verənləri görə bilməmələri üçün pərdəni örtüb.

Oklahoma qubernatoru Mari Fallin Lokettdən iki saat sonra edam edilməsi nəzərdə tutulan məhbus Çarlis Varnerin edam prosesini 14 gün təxirə salma əmri verib.

Dərman şirkətləri istehsal etdikləri dərmanların edam məqsədi ilə istifadə edilməsinə etiraz edərək satışlarına qadağa tətbiq etdikdən sonra Oklahoma ştatı yeni kimyəvi kokteyl hazırlamalı olub.
XS
SM
MD
LG