Accessibility links

Amerikada seçki günüdür!


Bütün ABŞ boyu seçicilər prezident Barak Obamanı vəzifədə saxlamaq, yaxud onun Respublikaçı rəqibi Mitt Romnini ölkəyə yeni lider seçmək üçün səsvermə məntəqələrinə axışırlar.


Dünyaya Baxış - 6 noyabr, 2012 (Seçki Buraxılışı)
please wait

No media source currently available

0:00 0:02:50 0:00


Cənab Obama bir neçə gün öncə doğma şəhəri Çikaqoda səs verib və seçki gününü bu şəhərdə keçirməyi planlaşdırır. Seçki günü ənənəsinə uyğun olaraq prezident dostları ilə basketbol oynamağı planlaşdırır.

Sabiq biznesmen cənab Romni çərşənbə axşamı bir vaxtlar qubernatoru olmuş Massaçusets ştatında səs verib. O, bu gün də Ohayo və Pennsilvaniya ştatlarında nümayişlər keçirir.

Cənab Romninin vitse-prezidentliyə namizəd tərəfdaşı viskonsinli Paul Ryan doğma qəsəbəsi Ceynsvilldə səs verib. Vitse-prezident Co Bayden isə bunu Delavarın Vilminqton şəhərində edib.

Amerikada seçicilərin böyük əksəriyyəti məktəblərdə, yanğınsöndürən məntəqələrdə, kilsələrdə və icma mərkəzlərində səs verir.

Mühüm elektoral səsə malik Virciniyada seçicilər səsvermə məntəqələrinə erkən gəliblər.

Ötən həftə Sendi supertufanının dağıntılara məruz qoyduğu Staten Aylenddə müvəqqəti xarakter daşıyan məntəqədə səs vermək üçün uzun növbə yaranıb.

Milyonlarla seçici erkən səsvermə qaydalarına müvafiq olaraq artıq səs veriblər.

Prezident Obama və Mitt Romni biqərar seçiciləri öz tərəflərinə çəkmək üçün son anda həlledici ştatlara səfərlər ediblər.

Prezident Obama Viskonsin və Ohayoda olub. Günün sonunda o, 2008-ci ildə ona mühüm praymeriz qələbəsi bəxş etmiş Ayova ştatına gəlib.

Cənab Romni isə bir il öncə seçki kampaniyasının başlanğıc nöqtəsi olan Nyu Hempşirdə seçki nümayişinə qatılıb.

Bir il yarım kampaniya apardıqdan, üç debatdan və minlərlə televiziya reklamından sonra rəy sorğuları namizədlərin bərabər dəstəyə malik olduqlarını göstərir.

ABŞ-da prezident seçkilərinin nəticələri birbaşa səsvermənin nəticələri ilə deyil, ştatların əhalisinə müvafiq tənzimlənmiş iki əsrlik tarixi olan elektoral kollegiya sistemi ilə müəyyən olunur.

Bu gün prezident seçkiləri ilə yanaşı Nümayəndələr Palatasının 435, 100 yerli Senatın isə 33 yerinə namizədlər seçiləcək.
XS
SM
MD
LG