Accessibility links

Amerika prezidenti Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib


Amerika prezidenti Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib
Amerika prezidenti Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Birləşmiş Ştatlar regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir.

Amerika prezidenti Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Prezident Barak Obamanın Azərbaycan prezidentinə göndərdiyi təbrik məktubunda deyilir ki, Respublika Günü və müstəqilliyinizin iyirminci ildönümü münasibətilə sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm.


”Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. Birləşmiş Ştatlar regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir. Milli bayramınız və bu tarixi ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqda Amerika xalqı da mənə qoşulur”, - deyə Amerika prezidenti qeyd edir.

XS
SM
MD
LG