Accessibility links

Amerika rəsmisi: "Qafqazda daha güclü sabitlik üçün siyasi islahatlara ehtiyac ciddi maneədir"


Amerika rəsmisi: "Qafqazda daha güclü sabitlik üçün siyasi islahatlara ehtiyac ciddi maneədir"

Dünən ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Obama administrasiyasının Avropada prioritetləri barədə dinləmə keçirilib. Dinləmələr zamanı Qafqaz regionuna da yer verilib. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Filip Qordon deyib ki, ABŞ-ın Avropa Birliyi və digər beynəlxalq tərəfdaşları ilə birgə səyləri regionda inkişafa səbəb olsa da, Qafqazda daha güclü sabitlik üçün ərazi mübahisələri və siyasi-iqtisadi islahatlara ehtiyac ciddi maneələr olaraq qalır. Onun sözlərinə görə, ABŞ demokratik islahatlar, o cümlədən insan haqları və fundamental azadlıqlar üçün siyasi zəminin yaranmasına təzyiq göstərir, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə, Rusiya və Fransa ilə birlikdə Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini davam etdirəcək. “Biz inanırıq ki, artıq baza prinsiplərini dəstəkləmək və sona çatdırmağın vaxtı gəlib çatıb və sülh razılığının layihənin hazırlanması prosesinə keçmək lazımdır. Avropada əlavə münaqişələrdən yayınmaq və demokratiya, sülh və insanların rifahı üçün ABŞ və Avropa birgə iş aparmalıdır” - deyə o, bildirib.

XS
SM
MD
LG