Accessibility links

Koronavirus dövründə ABŞ sanksiyalarının yüngülləşdirilməsinə çağırılır


Koronavirus dövründə ABŞ sanksiyalarının yüngülləşdirilməsinə çağırılır
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Bir sıra insan haqlarının müdafiəsi təşkilatları, yardım agentlikləri və sabiq diplomatlar ABŞ-ı pandemiya dövründə İran, Venesuela və Şimali Koreyaya qarşı sanksiyaların yüngülləşdirilməsinə və bu ölkələrə tibbi və ərzaq yardımı göstərilməsinə çağırıb. Lakin Prezident Trampın yardımların qəti şəkildə əleyhinə olan tərəfdarları bu yolla avtoritar hökumətlərin hakimiyyətdə qalmasına xidmət ediləcəyini deyir.

İran aprel ayında koronavirusun yayıldığı bir vaxt ilk hərbi satilliti fəzaya göndərib. Bu isə ABŞ-ın Nümayəndələr Palatası üzvlərinin 90 faizinin İrana qarşı silah emborqosunun genişləndirməsinə səbəb olub.

Lakin İrana tətbiq edilən ticarət və maliyyə məhdudiyyətlərinin yumşaldılması çağırışları da artıb. Belə ki, İran Yaxın Şərq ölkələri arasında virusun ciddi təsirinə məruz qalan ölkədir.

“Mən sanksiya tətbiq edən ölkələrin sanksiyalarının mülki əhaliyə təsirini minimuma endirmək üçün mənəvi cavabdehlik daşıdığını düşünürəm” - deyə, Yeni Amerika Cəmiyyətindən Piter Harrell bildirib.

Vensuelada ABŞ-ın sosialist lideri Nikolas Maduronun neft sektoruna qarşı sanksiyalarından əvvəl belə ərzaq və dərman qıtlığı mövcud idi.

Koronavirus pandemiyası qlobal yanacaq qiymətlərinin düşməsi ilə Venesuelada vəziyyəti daha da ağırlaşdırıb.

ABŞ Dövlət Departamenti Madurosuz müvəqqəti hökumətin təşkili müqabilində sanksiyaların yüngülləşdirilməsini təklif edib. Lakin Karakas bu təklifi rədd edib, Maduro isə pandemiyaya görə gələn il keçiriləcək ümumilli seçkiləri təxirə sala biləcəyinə işarə edib.

Şimali Koreyada isə prezident Kim Conq Unun uzun müddətdir ictimaiyyət qarşına çıxmaması və Pxenyanın koronavirusa yoluxma hallarını qəbul etməməsi qıtlıq yaşanan bu ölkədə ərzaq tədarükünə dair narahatlıqları azaltmayıb.

Nüvə proqramına görə Pxenyana qarşı daha sərt sanksiyaların tərəfdarları Şimali Koreyaya yardım göstərilməsi ilə avtoritar rejimin silah resursları və qanunsuz fəaliyyətlərə daha artıq pul xərcləyəcəyini deyir.

“Virus dövründə bizim sanksiyalar dəyişikliyə səbəb ola bilər. Belə ki, bu rejim pullarını virusla bağlı mübarizəyə sərf edir. Qanunsuz əməllərə deyil. Bu isə ABŞ və ölkəmizin milli təhlküəsizliyi üçün müsbət nəticə ola bilər” - deyə, Demokratiyaların Müdafiəsi Fondundan Riçard Qoldberq bildirib.

Pandemiyanın ABŞ-a rəqib ölkələri zəiflətdiyi bir vaxt insan haqlarının müdafiəsi və digər qruplar Vaşinqtonu bu rejimlər altında yaşayan insanların humanitar təlabatını nəzərdən keçirməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG