Accessibility links

ABŞ səfirliyi Azərbaycana ekoturizm üzrə ekspert dəvət edib


Paige Viren
Paige Viren

ABŞ-ın Azərbaycandakı səfirliyi Şərqi Karolina Universitetinin eko-turizm üzrə ekspert, professor Paige Vireni ölkənin ekoturizm sektorunu inkişaf etdirmək üçün Azərbaycana səfərini təşkil edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, aprelin 2-dən 8-dək nəzərdə tutulan səfər zamanı o, ABŞ-ın milyardlarla dollarlıq ekoturizm sektoru ilə bağlı öz biliklərini bölüşmək üçün yerli biznes, dövlət rəsmiləri, tələbə qrupları və turizm idarəçiləri ilə görüşəcək.

Məlumatda deyilir ki, Azərbaycanda ekoturizm böyük potensiala malikdir.

“Bu, iqtisadi diversifikasiyanın əsas hissəsi olmaqla regionların əhalisinin, eləcə də təhsilli gənc azərbaycanlıların iqtisadiyyata töhfə verməsinə imkan yaradır. Bundan əlavə, ekoturizm ətraf mühitin qorunması, çirklənmənin azaldılmasını və təbii ehtiyatların məsuliyyətlə idarə edilməsini təşviq edir”.

Xanım Virenin 12 ildən çox turizm sənayesi üzrə təcrübəsi var. Onun təcrübə sahəsi istehlakçı davranışı və turizmdir və burada əsas diqqət əyalətlərdə davamlı cəmiyyətə əsaslanan turizm və macəra səyahətinə yönəldilir.

XS
SM
MD
LG