Accessibility links

Amerika səfiri 8 mart Qadınlar bayramı münasibəti ilə qəbul təşkil edib


Amerika səfiri 8 mart Qadınlar bayramı münasibəti ilə qəbul təşkil edib
Amerika səfiri 8 mart Qadınlar bayramı münasibəti ilə qəbul təşkil edib

Azərbaycan qadınlarını əldə etdikləri nailiyyətlərlə təbrik edən səfir onların cəmiyyətdə rolunun artırılmasının vacibliyini vurğulayıb

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza və xanımı Zeyno Baran Beynəlxalq Qadınlar Gününün 100-ü il dönümünü münasibəti ilə qəbul təşkil edib. Tədbirdə Azərbaycanlı qadınların üzləşdiyi çətinlikləri müzakirə etmək üçün ölkənin tanınmış işgüzar qadınları iştirak edib.

İştirakçıları əldə etdikləri nailiyyətlərlə təbrik edən səfir qadınların cəmiyyətdə rolunun artırılmasının vacibliyini vurğulayıb. “Azərbaycan vətəndaşları, hökumət və qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlarla birgə iş əsnasında, mən və Zeyno xanım Azərbaycan xanımlarının rolunun əhəmiyyətli olduğunu irəli sürərək ölkənizin qadınların istedad və tam potensialından istifadə etməsi üçün müəyyən üsulları təyin etməyə çalışacağıq”.

Səfir Brayza qadınları Azərbaycanın gələcək nəsilləri üçün nümunə olduqlarına görə alqışlayıb.

Tədbirdən öncə xanım Zeyno Baran jurnalistlərə bildirib ki, ziyafətin təşkil olunmasında məqsəd cəmiyyətdə qadınların rolunun artmasına dəstək verməkdir: “İnkişaf üçün qadınlarla kişilərin bərabərliyi çox vacibdir. Bunsuz ədalət və sabitlik, demokratiya və inkişaf tam bərqərar ola bilməz. Ümid edirəm ki, 21-ci əsr qadın əsri olacaq”, - deyə o qeyd edib.

XS
SM
MD
LG