Accessibility links

Amerika Silahlı Qüvvələrininn Nəqliyyat komandanı Azərbaycanda səfərdə olub


Amerika Silahlı Qüvvələrininn Nəqliyyat komandanı Azərbaycanda səfərdə olub
Amerika Silahlı Qüvvələrininn Nəqliyyat komandanı Azərbaycanda səfərdə olub

Görüşlərdə Azərbaycan ilə ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizədə birgə fəaliyyəti, təhlükəsizlik, enerji sahələrində əməkdaşlığın bundan sonra da davam etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzeri qəbul edib.
ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzer bu vəzifəyə təyin olunduqdan sonra ilk səfərini Azərbaycana etdiyini vurğulayıb.

Beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmizin fəaliyyətinə toxunan Uilyam Freyzer Əfqanıstandakı sülhməramlı missiyanın fəaliyyəti ilə bağlı nəqliyyat təminatında Azərbaycanın rolunu yüksək qiymətləndirib.
Prezident Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanının səfərinin iki ölkə arasındakı əməkdaşlığın daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Azərbaycanın ilk gündən Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı missiya ilə bağlı humanitar sahədə əməkdaşlığın getdikcə genişləndiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizədə birgə fəaliyyəti, təhlükəsizlik, enerji sahələrində və digər sahələrdə əməkdaşlığın bundan sonra da davam etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Cənab Freyzer Müdafiə naziri Səfər Əbiyevlə də danışıqlar aparıb.

XS
SM
MD
LG