Accessibility links

ABŞ-da silahlı hücum planlaşdıran şəxs son anda zərərsizləşdirilib


ABŞ-ın Ədliyyə Nazirliyi bildirir ki, rəsmilər Yeni İl ərəfəsində İŞİD qruplşamasının adından mülki vətəndaşları qətlə yetirmək məqsədilə hücum planlaşdırmaqda şübhəli bilinən Nyu-York ştatının sakinini saxlayıblar.

İlk məhkəmə dinləməsində açıqlanan bəyanatda deyilir ki, 25 yaşlı Emanuel Latçman İŞİD-ə material dəstək göstərməkdə ittiham olunur. Məhkəmə göstəricilərində o, "2006-cı ildə kriminal tarixçəsi olan sonradan müsəlmanlığı qəbul etmiş bir şəxs" kimi göstərilir. Onun əqli çatışmazlığının olduğu da bildirilir.

Bəyanatda deyilir ki, müttəhimin təlimatları xaricdən [İslam Dövləti qruplaması] aldığı və onun Nyu-York ştatının Roçester şəhərində restoran və barlarda mülki vətəndaşları qətlə yetirmək üçün silahlı hücumlar planlaşdırdığı iddia olunur. Məhkəmə göstəriciləri deyir ki, Latçman biçaqlar, tüfənglər, ağız və qol bağlamaq üçün ləzimatlarla təchizatlanıb.

ABŞ baş prokurorunun yardımçısı Con Karlin hücumun çümə axşamı günü axşam saatları həyata keçirilməsi planlaşdırılıb. "Şükürlər olsun ki, hüquq-mühafizəçiləri Latçmanın qəddar planını pozmağa müvəffəq olub".

Nyu-York qubermatoru Endryu Kuomo deyib ki, Latmçan hücumu həyata keçirəndən sonra "terrorçu bəyanat" açıqlamaq məqsədi güdüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG