Accessibility links

ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin hava hücumları suriyalıların qəzəbi ilə qarşılanır [Fotoqalereya]


ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin hava hücumları suriyalıları evlərindən didərgin salıb. İslam Dövləti yaralıları isə mülki əhali arasında tələfatı öz xeyirlərinə istifadə edir. Sosial mediada qrup ABŞ-ı islama qarşı müharibə aparmaqda günahlandırıb.

Qaçqınlar isə hava zərbələrinin mülki əhalini hıdəf aldığından şikayətlənir. Özünü Əsra kimi təqdim edən qaçqın qadın ABŞ təyyarələrinin Hələb yaxınlığında iki evi hədəf aldığını, nəticədə 7 nəfərin həlak olduğunu bildirib.

Suriya fəalları 27 mülki vətəndaşın öldürüldüyünü deyir.

Suriya müxalifətinin hərbi komandirləri koalisya hücumlarının ölüm hallarına yol açdıqlarını qəbul etsələr də, Əsəd rejiminin də son zamanlar hücumları intensivləşdirdiyini deyib.

Pentaqon isə mülki əhalinin tələfatına dair əsaslı dəlilə malik olmadığını deyir.

ABŞ rəsmiləri prezident Obamanın Pakistanda pilotsuz təyyarələrin hücumlarının əhaliyə qarşı olmadığına dair strategiyasının Suriya və İraqda tətbiq edilməyəcəyini etiraf edir.

Suriyanın vətəndaş müharibəsində həlak olan 200 min insanın 80 minini dinc əhali təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG