Accessibility links

Amerika Tarix muzeyindən robotlar (video)


Amerika Tarix muzeyindən robotlar (video)
Amerika Tarix muzeyindən robotlar (video)

Vaşınqtondakı Amerika Tarix muzeyinin zəngin kolleksiyasında tədricən kiber texnologiya nümunələrinin sayı artır. Muzeyin girişində qoyulmuş `Star Wars`filminin qəhrəmanlarından biri olan C3PO robotu muzeydə xüsusi əhval-ruhiyyə yaradır. Robotların kuratoru Karlin Stefens ziyarətçilərin bu hündür qızılı robotu sevdiyini deyir. Stefens deyir ki, robot filmi təmsil etsə də, muzeydə daha böyük rəmzi məna daşıyır.

Karlin Stefens: “Robotların böyük tarixi var və bura tarix muzeyi olduğuna görə sənaye, ixtira və innovasiya kimi sahələr bizim maraqlarımızla tam üst-üstə düşür.”

Stefensin ən çox sevdiyi robot mexanika dövründən qalma 450 yaşlı robotdur. Dünya üzrə fabrikalarda və hərbi sənayedə altı milyondan çox robotdan istifadə edilir. Smitsonian muzeyində göstərilən robotlar arasında uzaqdan idarə edilən mina axtaran PakBot robotu da var. Bu robotdan Əfqanıstanda ABŞ qüvvələrinin kəşfiyyat əməliyyatlarında istifadə olunub. Bundan başqa, muzeydə sürücüsüz idarə edilən Steynli adlı avtomobil də var. Bu avtomobil Kaliforniyanın Mohave səhrasında 2 milyon dollarlıq mükafatı qazanmaq uğrunda yarışında iştirak edib.

Amerika Tarix muzeyindən robotlar (video)
Amerika Tarix muzeyindən robotlar (video)

Karlin Stefens: “Mən inanıram ki, Steynli Amerika texnologiya tarixində gələcəkdə avtomobilin sürücüsüz idarə edilməsinə işarə edən mühüm bir dövrü təmsil edir. Steynli gələcəkdə avtomobilin idarə edilməsinə indi artıq öz təsirini göstərir.”

Bari Spletzer bir zamanlar Sandia Milli Laborotoriyası nəzdindəki Kəşfiyyat Sistemi və Robotlar Mərkəzində aparıcı elmi işçi olub. O, muzeyə bir qutu mini-robot gətirib.

Bari Spletze: “Onlar dünyada ən kiçik robotlar olduqları üçün çox maraqlıdırlar. Burada dünyada ən hündürə atıla bilən robotlar da var. Bütün bunlar texnologiya sahəsində son 10-15 il ərzində əldə edilən uğurları əks etdirir.”

Spletzer deyir ki, robot texnologiyalarından sənayedə, fəzanın fəthi, tibb sahəsində və təhlükəsizlik sistemində istifadə olunur. Muzeyin kuratoru Karlin Stefens ümüd edir ki, muzeydəki robotlar elm və texnologiyanın insanların gündəlik həyatında oynadığı mühüm rolu onlara bir daha xatırladacaq.

XS
SM
MD
LG