Accessibility links

ABŞ Tayvana 2.5 milyon COVID-19 vaksini göndərir


ABŞ Tayvana 2.5 milyon COVID-19 vaksini göndəriləcəyini bəyan edib. Bu, Amerikanın daha əvvəl vəd etdiyi 750 000 peyvənddən qat-qat artıqdır.

Bayden administrasiyası aşağı və orta gəlirli 92 ölkəyə 500 milyon doza Pfizer koronavirus peyvəndi ianə edəcəyini açıqlayıb. Bundan əlavə dünya ölkələrinə 80 milyon vaksin göndərilməsi nəzərdə tutulur.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi iyunun 20-də dünyada 178 milyon insanın koronavirusa yoluxduğunu, 4 milyondan çox ölüm faktının qeydə alındığını bildirib.

Dünyada 2 milyarddan artıq vaksin tətbiq edilib.

Hindistanın Səhiyyə Nazirliyi son 24 saat ərzində virusa yoluxanlarının sayının 58 min olduğunu açıqlayıb. Bu ölkədə COVID-19-dan 30 milyona yaxın insan ölüb.

ABŞ-da ölənlərin sayı isə 33.5 milyon təşkil edir.

Associated Press-in xəbərində deyilir ki, Tokio Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiyaya gedən uqandalı idmançıda koronavirus aşkarlanıb. Uqanda komandası yola düşməzdən əvvəl tam vaksiyasiya edilmiş və koronavirus testlərinin nəticələri mənfi çıxmışdı.

Dünyada yoluxma göstəricilərinə görə ikinci yerdə olan Braziliyada yarım milyona yaxın adam həyatını itirib.

Britaniyada bütün kütləvi tədbirlərin ləğvindən sonra ilk dəfə musiqi festivalı keçirilib. Bu gün başa çatan tədbirə 10 minlərlə tamaşaçı toplaşıb.

128 min insanın öldüyü Britaniya dünyada dördüncü, Avropada isə ən ağır durumda olan ölkədir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG