Accessibility links

ABŞ siqaret biznesinin əsası qoyulduğu mərkəz [Video]


ABŞ siqaret biznesinin əsası qoyulduğu mərkəz
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Durham Şimali Karolinanın təhsil mərkəzidir. Məşhur Dük Universiteti öz kampusunu burada tikib. Amma ali təhsil sahəsinin Şimali Karolinanın əsas gəlir mənbəyi olmağından öncəki dövrdə ştatın iqtisadiyyatı tam olaraq tütünçülükdən asılı idi.

Durhamın tütün erası Vətəndaş Müharibəsi zamanı başladı. Mühüm qələbələrdən sonra 1865-ci ildə Şimal əsgərləri şəhərə reyd edərək tütün anbarlarını talan etdilər. Əsgərlər daha sonra Şimala, öz evlərinə geri dönsələr də, tütünə asılılıqları onlarla qaldı.

“Həmin hadisədən sonra bu daha da böyüdü və kiçik tütün şirkətlərin yaranmasına təkan verdi.”

Tütün maqnatı Bak Dük tütünbükən maşına ilk patent aldıqdan sonra biznes daha da çiçəklənməyə başladı. 1890-cı ilə qədər ölkə üzrə satılan siqaretlərin 40 faizi Dükün zavodlarında istehsal olunurdu. Bir neçə rəqiblərə birləşdikdən sonra isə məşhur American Tobacco Şirkəti yarandı. Cəmi bir neçə ildən sonra Dükün şirkətinin bazar payı 90 faizə çatdı.

Amerikalılar bir neçə nəsil ərzində mənfi təsirlərdən narahat olmadan siqaret çəkirdi. 1964-cü ilin 11 yanvarında buna son qoyuldu. Həmin tarixdə federal hökümətin tütünün xərçənglə əlaqəsi haqqında 400 səhifəlik hesabat dərc etdi. Tütün əleyhinə kampaniyanın qələbəsi böyük siqaret şirkətlərinin sürətlə çəçəkləndikləri günlərə son qoydu.

1978-ci ildə Durhamın ən nəhəng tütün zavodu – American Tobacco öz qapılarını bağlamalı oldu. Onilliklər ərzində sınıq pəncərələr və qraffiti ilə dolu ərazinin əsas ziyarətçiləri göyərçinlər idi.

“Həmin zamanlar polisin xüsusi dəstələri burada təlimlər keçirirdi. Bir dəfə boya silahları ilə insanların bir birinə atəş açdıqlarını gördüm.”

Ərazinin sahibi 2004-cü ildə memar Eddi Belkə sifariş verdi. Tarixi abidələrin bərpası sahəsində ixtisaslaşlaşan Belk tütün zavodunu müxtəlif məşğuliyyətlərə yararlı bir kompleksə çevirməli idi.

“Vaxtilə dünyanın ən böyük tütün istehsalçısı olan American Tobacco hal-hazırda yaşamaq, alış-veriş etmək, işləmək və əylənmək üçün ən unikal yerdir. Bununla bərabər, Amerika tarixinin ən həyacanlı səhifələrini öyrənmək imkanı əldə edirsən.”

Yay axşamları zamanı isə kompleksin hissələrindən biri olan bu stadionda beyzbol yarışları keçirilir. Parıldayan American Tobacco binası və Lucky Strike qülləsi tütün imperiyasının rəmzlərini ifadə etməklə yanaşı, keçmişin gələcəyə necə çevrildiyini nümayiş etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG