Accessibility links

Amerika və İran arasında gərginliyin artmasına Azərbaycandan baxışlar


Ekspertlər gərginliyin Azərbaycanda təhlükə riskləri yaratdığını düşünür

İranın elitar Qüds Korpusunun komandanı general Qasim Süleymaninin Bağdadda öldürülməsi Azərbaycanda müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkələrdə, yerli mediada ABŞ ilə İran arasında gərginliyin artmasının regionda, o cümlədən Azərbaycanda yeni təhlükə riskləri yaradacağı iddia edilir.

Amerikanın Səsi İran generalının öldürülməsinin hansı təhlükələr yaradacağı ilə bağlı bir sıra ekspertlərin fikirlərini təqdim edir.

Əli Kərimli: "Heç bir din, məzhəb, etnik, siyasi partiya, ideoloji mənsubiyyət azərbaycançılığın fövqünə qalxa bilməz​."

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli öz Facebook səhifəsində yazıb ki, general Qasim Süleymaninin öldürülməsi Azərbaycan cəmiyyətini üz-üzə qoymamalıdır. O deyib ki, ABŞ dünyanın ən böyük gücü olaraq, dünya boyu vətəndaşlarını və maraqlarını qorumaq gücünə malikdir, İran isə regionda böyük gücdür. Əli Kərimlinin sözlərinə görə, o, bu iki dövlətin rəhbərliklərinin böyük müharibədən yayınmağa çalışacaqlarını düşünür.

“Onların öz maraqları da, bizim Azərbaycan olaraq marağımız da bunu tələb edir. Regionda böyük savaş heç kimə fayda verməz,” o bildirir.

Əli Kərimli həmçinin Azərbaycan hökümətinin ölkəni regionda mümkün münaqişədən uzaq tutmaq xəttini doğru hesab etdiyini bildirib. “Ola biləcək münaqişədən Azərbaycanı uzaq tutmaq iqtidarlı-müxalifətli, cəmiyyət olaraq indi hamımızın əsas vəzifəsidir,” o yazıb.

Əli Kərimlinin sözlərinə görə, Azərbaycan cəmiyyətindəki dərin parçalanma dövlət maraqlarına ziddir və Azərbaycanı daxili və xarici təhlükələrə qarşı zəiflədir.

“Azərbaycan vətəndaşlarının müxtəlif dövlətlərə və onların siyasi xadimlərinə rəğbətlə yanaşması faciə deyil, başqa ölkələrin vətəndaşları da müxtəlif səbəblərdən hansısa xarici qüvvələrə simpatiya, hansınasa antipatiya ilə yanaşır. Ancaq biz yalnız Azərbaycan və azərbaycanlılar naminə kiməsə düşmən ola bilərik. Yalnız Azərbaycan və azərbaycanlılar üçün ölüb, öldürə bilərik. Bizim qəhrəmanlarımız da yalnız bu xalqın içindən çıxan qəhrəmanlar ola bilər. Heç bir din, məzhəb, etnik, siyasi partiya, ideoloji mənsubiyyət azərbaycançılığın fövqünə qalxa bilməz,” Cəbhə lideri Facebook hesabında yazıb.

O, azərbaycanlıları fərqliliklərinə baxmayaraq bir-birilərinə xarici qüvvələrdən daha yaxın olmağa çağırıb.

“Qarabağ savaşı təcrübəsi də sübut etdi ki, dini, məzhəb, etnik, siyasi fərqliliklərimizə rəğmən yalnız biz azərbaycanlılar (başqa heç kim) işğal olunmuş Vətən torpağı – Qarabağ üçün səngərlərdə çiyin-çiyinə dayandıq,” o yazıb.

Onun sözlərinə görə, son hadisələr Azərbaycan cəmiyyəti üçün bir sınaq oldu və Azərbaycan xalqı öz zəif yerlərini tanıdı. Bununla da o, insanları sosial şəbəkələrdəki qarşıdurmanı dayandırmağa çağırıb, “Azərbaycan, azərbaycançılıq, Azərbaycan bayrağı ətrafında daha sıx birləşmək lazımdır,” deyib.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov: Münaqişədə olan ölkələr Azərbaycanın imkanlarından istifadə etməyə çalışacaq

“Qasim Süleymaninin öldürülməsi ABŞ, İsrail və İran arasında gərginliyin artmasına səbəb olacaq. Təbii ki, münaqişədə olan ölkələr Azərbaycanın imkanlarından bu və ya digər şəkildə öz qarşıdurmalarında istifadə etməyə çalışacaq.”

Bu barədə Amerikanın Səsinə müsahibəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Tofiq Zülfüqarov: Münaqişədə olan ölkələr Azərbaycanın imkanlarından istifadə etməyə çalışacaq
please wait

No media source currently available

0:00 0:02:02 0:00


O hesab edir ki, Azərbaycan tərəflərdən təkliflər alarsa, təkliflərə öz maraqları prizmasından baxmalıdır.

“Azərbaycan çalışmalıdır ki, bu qarşıdurmanın obyektinə çevrilməsin.”

Keçmiş nazirin fikrincə, qarşıdurmada olan tərəflər regionda, o cümlədən Azərbaycanda mövcuddur.

Azərbaycan çalışmalıdır ki, bu qarşıdurmanın obyektinə çevrilməsin.
Tofiq Zülfüqarov, keçmiş xarici işlər naziri

“Yəni ABŞ-ın, ümumiyyətlə qərbin Azərbaycanda maraqları, ilk növbədə iqtisadi maraqları mövcuddur. İsraillə olan münasibətlər də bəllidir. Azərbaycanın İsraillə çox dinamik münasibətləri mövcuddur və bu, dinamik olaraq da inkişaf edir. Onu da etiraf etməliyik ki, Azərbaycan İsraillə münasibətlərdən müdafiə baxımından çox yaxşı faydalanmaq imkanları əldə edib. Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinə baxanda, bu, çox vacib bir məsələdir. Eyni zamanda, yaddan çıxarmamalıyıq ki, İran da Azərbaycanın çox vacib bir qonşusu və tərəfdaşıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan üçün bu münaqişədən aralı durmaq ən vacib məsələlərdən biri olmalıdır,” Zülfüqarov deyib.

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər: Xüsusi xidmət orqanları diqqəti təhlükəsizliyin qorunmasına yönəltməlidir

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hesab edir ki, İran generalının öldürülməsi regionda qarşıdurma və gərginliyi daha da artıracaq.

“İraqda Amerika səfirliyi ilə bağlı aksiyanın keçirilməsi və daha sonra Qasim Süleymaninin öldürülməsi ABŞ-İran münasibətlərinin ciddi şəkildə kəskinləşməsindən xəbər verir. Təbii ki, bu, vəziyyəti daha da gərginləşdirəcək və regiona mənfi təsirləri olacaq.”

İsa Qəmbər: Xüsusi xidmət orqanları diqqəti təhlükəsizliyin qorunmasına yönəltməlidir
please wait

No media source currently available

0:00 0:01:49 0:00

İsa Qəmbər hesab edir ki, Azərbaycan daha diqqətli olmalı və prosesləri daha diqqətlə izləməlidir.

“Azərbacan öz təhlükəsizliyinin təminatı üçün dövlət səviyyəsində gərəkən addımlar atmalıdır.”

O Azərbaycana təhlükəsizlik baxımından təsirlərlə bağlı sualın cavabında deyib ki, Azərbaycanın bir tərəfdən qonşusu, digər tərəfdən dünyanın ən güclü dövləti arasında münasibətlərin kəskinləşməsi, bu cür hadisələrin baş verməsi təbii ki, gərginlik yaradır.

İlk növbədə Azərbaycanın xüsusi xidmət orqanları, təhlükəsizlik xidmətləri diqqəti Azərbaycanın maraqlarının, təhlükəsizliyinin qorunmasına yönəltməlidir.
İsa Qəmbər, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri


“Bu hər cür təhlükələr yarada bilər. Azərbaycan isə ölkənin daxilində və ölkə ilə bağlı gedən proseslərə diqqət yetirməlidir. Azərbaycan üçün hansı təhlükələrin olacağı geniş bir mövzudur. İlk növbədə Azərbaycanın xüsusi xidmət orqanları, təhlükəsizlik xidmətləri diqqəti Azərbaycanın maraqlarının, təhlükəsizliyinin qorunmasına yönəltməlidir.”

O təəssüflə bildirib ki, Azərbaycanın təhlükəsizlik sistemi daha çox ölkədaxili siyasi münasibətlərə köklənir, demokratik düşərgəyə, müxalifətə qarşı gərəkəndən artıq diqqət göstərilir.

“Amma, Azərbaycan daxilində hansı ölkələrin xarici kəşfiyyatları fəaliyyət göstərir, hansı addımlar atılır, hansı təhlükəsizlik nümayəndələri fəaliyyət göstərir, bunların hamısı araşdırılmalıdır və buna uyğun da Azərbaycan tərəfi öz qərarlarını verməli, addımlarını müəyyənləşdirib atmalıdır,” Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri Amerikasnın Səsinə müsahibəsində qeyd edib.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Sülhəddin Əkbər: Azərbaycan üçün də risklər var

“Regiondakı təhlükəsizlik risklətri İranın ali dini, siyasi və hərbi rəhbərliyinin generalın öülümünə necə qarşılıq, hansı qərar vercəyindən asılı olacaq. Bizim bu barədə məlumatımız olmadığından real riskləri qiymətləndirə bilmərik.”

Bu barədə Amerikanın Səsinə müsahibəsində Azərbaycanın keçmiş milli təhlükəsizlik nazirinin birinsi müavini olmuş Sülhəddin Əkbər bildirib.

Sülhəddin Əkbər: Azərbaycan üçün də risklər var
please wait

No media source currently available

0:00 0:00:49 0:00

O ehtimal edir ki, İranın cavabları sırasında assimetrik cavablar da ola bilər.

“O zaman ilk öncə ağıla İranın Amerikanın qonşu ölkələrdəki, o cümlədən də Azərbaycandakı iştirakına, mövcudluğuna zərbə endirmək ehtimalı da gəlir. Azərbaycanın İranla qonşu olduğunu nəzərə alsaq, təbii ki, belə risklər var,” o qeyd edib.

İlqar İbrahimoğlu (Foto İbrahimoğlunun səhifəsindən götürülüb)
İlqar İbrahimoğlu (Foto İbrahimoğlunun səhifəsindən götürülüb)

İlqar İbrahimoğlu: Bu pak şəhid qanları düşmənin məglubiyyətinə gətirib çıxaracaq

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu facebook səhifəsində yazıb ki, böyük islam övladı, mücahid Hacı Qasim Süleymani cənabları şəhadətə qovuşub.

Mübarək olsun ümmətə bu pak şəhid qanı...
İlqar İbrahimoğlu, DEVAMM-ın rəhbəri


“Bu müsibətli şəhadət münasibətlə əziz Mövlamız - Sahibəz-zəman (ə.f) başda olmaqla, üzma məqamlı məracə müctəhidlərə, xüsusilə Vilayət mənsəbinə və bütün İslam ümmətinə dərin hüznlə başsağlığı veririk. Mübarək olsun ümmətə bu pak şəhid qanı...
Böyük əminliklə bildiririk ki, bu pak şəhid qanları İslam ümmətinin daha da bəsirətləşməsinə və düşmənin məglubiyyətinə gətirib çıxaracaq, İnşəAllah. Allah rəhmət eləsin!” o qeyd edib.

Nəzakət Məmmədova
Nəzakət Məmmədova

Nəzakət Məmmədova: O, İraq əvəzinə, Qarabağda şəhid olardı, niyə olmurdu?!

Beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nəzakət Məmmədova sual edir ki, “Qasım Süleymaniyə şəhid deyib vay-şüvən qoparan Azərbaycan vətəndaşları: o, elə İraq əvəzinə, gəlib Qarabağda şəhid olardı, niyə olmurdu?!”

“Onda ona şəhid deyərdiniz. Yəqin deyəcəksiniz ki, Azərbaycan nə zaman müharibəyə başladı ki, başqaları da kömək etmədi. Azərbaycan həm də regiondakl şəraiti nəzərə alaraq müharibəyə başlaya bilmir, çünki savaş başlasa Ermənistana kömək edəcək, bizə arxadan zərbə vuracaq ilk dövlət İrandır. Necə ki, Qarabağda Gövhər ağa məscidini təmir edib mədəniyyət mərkəzi açır, necə ki, İran vətəndaşları Qarabağa və İrəvana tacir və turist kimi gedir,” politoloq facebook səhifəsində qedy edib.

“İran islamın müdafiəsi adı altında İraq, Yəmən, Livan, Suriyada ordu yerləşdirincə, bu ölkələrin müstəqil şəkildə güclənməsinə, işğalçılaraa qarşı dayanmasına yardım edə bilərdi.
Nəzakət Məmmədova, ekspert

Onun fikrincə, “İran islamın müdafiəsi adı altında İraq, Yəmən, Livan, Suriyada ordu yerləşdirincə, bu ölkələrin müstəqil şəkildə güclənməsinə və ABŞ, İsrail, Səudiyyə işğalçılarına qarşı dayanmasına yardım edə bilərdi.”

“Əks halda bu, Yaxın Şərqdə iki işğalçının - ABŞ və İranın güc uğrunda savaşı olur, buna ideoloji don geyindirmək lazım deyil. Mən bütün bu cür işğal savaşlarına qarşıyam, pasifistəm. Allah bütün dünyanı 2020-də nahaq qanların tökülməsindən qorusun!” o qeyd edib.

Rahim Hacıyev
Rahim Hacıyev

Rahim Hacılı: Region yenidən tarixi hadisələrin səhnəsinə çevrilir

Azadlıq qəzetinin redaktor müavini Rahim Hacılı İraqda İran generalının öldürüıməsinio Orta Şərqdə kəskin dönüş kimi qiymətləndirir.

“Məşhur generalın öldürülməsi iki ölkəni çox gərgin münasibətlər müstəvisinə qaldırdı. İran rəhbərliyi ABŞ-ın bu qədər sərt addım ata biləcəyini güman etsə idi, şübhəsiz ki, onu Iraqa göndərməzdi. Bununla ABŞ ciddi psixoloji üstünlük əldə edə bildi. Iran üçün çox ağır mərhələ başlayır. Tehran xarici siyasətinin bir istiqamətinin simvoluna çevrilmiş generalın intiqamını ala biləcəkmi? Qəzəb hədsiz, imkan məhdud, rəqib isə güclü və qətiyyətli.
Region yenidən tarixi hadisələrin səhnəsinə çevrilir,” o qeyd edib.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu: Süleymaninin öldürülməsi Rusiyanın maraqlarına toxunur

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu diqqəti Qasim Süleymaninin öldürülməsinə ilk reaksiya verən ölkələrdən birinin Rusiya olmasına çəkir.

“Kreml Süleymani ilə sıx dialoq qurmuşdu və onunla istənilən məsələni həll edirdi. Ona görə də Süleymaninin öldürülməsi eyni zamanda Rusiyanın Suriyadakı maraqlarına toxunur. Ancaq İranın Amerikaya qarşı cavab aksiyasının necə olacağı Kremli də ciddi düşündürür. Çünki, bölgədə İran-Amerika qarşıdurması Rusiyanın maraqlarına cavab vermir. İran-Amerika qarşıdurmasının qızışması İsrailin maraqlarına cavab verir.”

Ankara çətin durumdadır. Türkiyə bir tərəfdən Qasım Süleymaninin Suriyadakı əməliyyatlarından narahat idi, digər tərəfdən Amerikanın İslam Keşikçiləri Korpusunun terrorçular siyasına alınmasını dəstəkləmirdi.
Elıxan Şahinoğlu, ekspert

Türkiyənin Xarici İşlər Nazirliyi hələ ki, Qasım Süleymaninin öldürülməsinə münasibət bildirməyib.

“Ankara çətin durumdadır. Türkiyə bir tərəfdən Qasım Süleymaninin Suriyadakı əməliyyatlarından narahat idi, digər tərəfdən Amerikanın İslam Keşikçiləri Korpusunun terrorçular siyasına alınmasını dəstəkləmirdi. Ankara eyni zamanda Amerikanın Bağdaddakı səfirliyinə hücumu pisləmişdi. Türkiyə nə qonşusu İranla münasibətləri gərginləşdirmək istəyir, nə də ki, mövcud anlaşılmazlıqlara rəğmən, Süleymanini öldürülməsinə görə Vaşinqtonu qınayan açıqlamaya üstünlük verir,” politoloq qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG