Accessibility links

Amerika və Rusiya prezidentləri Dağlıq Qarabağ problemini müzakirə edib


Amerika və Rusiya prezidentləri Dağlıq Qarabağ problemini müzakirə edib
Amerika və Rusiya prezidentləri Dağlıq Qarabağ problemini müzakirə edib

Söhbət zamanı dövlət başçıları regional məsələlərin həllinə yardım məqsədilə fəaliyyətin koordinasiyasını müzakirə edib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərləri kimi Dmitri Medvedyev və Barak Obama Qarabağ nızamlanmasına dair vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

İyulun 11-də ABŞ və Rusiya prezidentlərinin telefon söhbəti olub. Məlumatı prezident Dmitri Medvedyevin rəsmi saytı yayıb.

Söhbət zamanı dövlət başçıları regional məsələlərin həllinə yardım məqsədilə fəaliyyətin koordinasiyasını müzakirə edib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərləri kimi Dmitri Medvedyev və Barak Obama Qarabağ nızamlanmasına dair vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. Amerikalı prezident rusiyalı həmkarının bu istiqamətdə, əsasən Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ilə bağlı səylərini dəstəkləyib. Hər iki tərəf Bakı və Yerevanın problemin dinc yolla həlli axtarışına yardım məqsədilə koordinasiya olunmuş addımlar atmaq niyyətində olduqlarını bildirib. Prezidentlər bir sıra beynəlxalq problemləri də müzakirə edib.

XS
SM
MD
LG