Accessibility links

ABŞ-da COVID-19 vaksinasiyası ləng gedir


ABŞ hökumətinin milyonlarla amerikalıya koronavirus pandemiyasına qarşı peyvənd vurmaq səyləri ləng gedir.

Prezident Bayden administrasiyasının yeni səhiyyə işçiləri bunu bazar günü etiraf etsələr də, virusun qarşısını almaq üçün aparılan kampaniyanın üç ay ərzində xeyli yaxşılaşacağına ümid etdiklərini bildirib.

"Təyyarə zirvə nöqtəsinə yüksəlib və biz bunu endirməliyik" - deyə, Baydenin səhiyyə və insan xidmətləri rəhbəri vəfifəsinə seçdiyi Havyer Bekerra CNN-ə bildirib.

Prezident Donald Tramp keçən həftə vəzifəsindən ayrılmazdan əvvəl administrasiyasının pandemiya ilə mübarizə səylərini yüksək qiymətləndirmişdi.

Co Bayden prezidentliyinin ilk 100 günündə 100 milyon insana COVID peyvəndi vurulması ilə bağlı iddialı plan irəli sürüb.

Peyvəndlərin vurulması sürəti ilə təxminən 67 milyon insan vaksinasiyadan keçəcək.

Bəzilərinə ilk dozalar, bəzilərinə isə ikinci peyvəndlər vurulacaq.

Tənqidçilər tempin sürətləndirilməsinin vacibliyini önə çəkir.

Cümə günü Astra Zeneca-nın regiona vaksini proqnozlaşdırılan hədəfdən daha az həcmə çatdırılmasını elan etməsi Avropa ölkələrinə əlavə zərbə vurub.

Şirkət açıqlamasında bildirib ki, “ilkin həcm Avropanın təchizat zənciri daxilindəki istehsalın az olması səbəbilə gözlənildiyindən daha az olacaq.”

Birləşmiş Ştatlarda Prezident Co Bayden koronavirus pandemiyasının təsirinə məruz qalan ailələri ərzaq və maliyyə təhlükəsizliyi ilə təmin edən sərəncamlar imzalayıb.

Hazırda ABŞ-da 25 milyon insan koronavirusa yoluxub, 417 min nəfər ölüb.

Johns Hopkins Universiteti Amerikanın hər iki halda birinciliyini saxladığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG