Accessibility links

ABŞ Venesuelanın hərbi kəşfiyyat agentliyinə sanksiyalar tətbiq edib


Tramp adminsitrasiyası Venesuelanın hərbi kəşfiyyat agentliyinə sanksiyalar tətbiq edib. Agentlik işgəncələr altında dəniz donanması kapitanının öldürülməsində günahlandırılır.

Bu addım ABŞ-ın Maliyyə Nazirliyinin Maduro müzakirəçiləri ilə müxalifət liderlərin Barbados görüşündən sonra Venesuela hökumətinə təzyiq göstərdiyi bir vaxt atılıb.

Maduronun sözçüsü Xorxe Rodrigez deyib ki, Norveçin vəsitəçilik etdiyi müzakirələrdə uğurlu mübadilə əldə edilib. Lakin o, hansısa razılıq əldə edildiyinə dair təfərrüat verməyib.

Son dialoqun müsbət nəticələndiyinə inananlar çox azdır. Belə ki, bundan əvvəlki müzakirələr nəticəsiz başa çatmışdı.

Maduro tez-tez sülh müzakirələri keçirərək ölkədəki böhrana sülh yolu ilə son qoyulmasını istədiyini deyir.

Müxalifət isə hakimiyyətin hədələr, işgəncələr və siyasi oppnentlərinin qətli üçün zaman qazanmağa çalışdığını bildirir.

Avropa İttifaqı da Venesuelaya qarşı silah embarqosu daxil olmaqla, bir sıra iqtisadi sanksiyalar təsdiq edib.

Silah qadağası prezident Nikolas Maduro hökümətinin repressiya və təqib üçün istifadə oluna biləcək hərbi avadanlıqları almasının qarşısını almaq üçün nəzərdə tutulub.

Sanksiyalara həmçinin aktivlərin dondurulması və Maduroya yaxın bəzi keçmiş və hazırkı Venesuela rəsmilərinə qarşı səyahət məhdudiyyətləri daxildir.

ABŞ-ın dəstəklədiyi müxalifət növbədənkənar prezident seçkiləri tələb edir.

Vaşinqtonun o ölkəyə qarşı neft sanksiyaları da ərzaq, yanacaq və dərman qıtlığına yol açıb.

Ölkədəki durum ciddi miqrasiya problemi yaradıb. Venesuela əhalinin 10 faizi (4 milyon) ölkəni tərk edib.

XS
SM
MD
LG