Misir təhlükəsizlik qüvvələri bildirir ki, Sinay yarımadasında saxlanılan ABŞ vətəndaşı bu gün həbsxana kamerasında ölü tapılıb. Onun intihar etdiyi bildirilir.
Rəsmilər deyib ki, Ceyms Henrinin cəsədi bu gün Süveyş kanalı yaxınlığındakı İsmayıliyə şəhərində asılı vəziyyətdə tapılıb.
Misir rəsmiləri onu avqust ayında müxalifətin etiraz aksiyalarına və yaraqlıların fəaliyyətinə qarşı hökumətin addımının bir hissəsi kimi tətbiq edilən kommendant saatını pozmaqda şübhəli bilərək Sinay yarımadasında həbs etmişdilər.
Henri misirlilərə ABŞ-ın ehtiyatda olan zabiti olduğunu bildirmişdi.
Henrinin ölümü məsələsinə hələlik ABŞ-ın Misirdəki səfirliyi heç bir münasibət bildirməyib.