Accessibility links

Bakıda Amerika günü keçirilib [Video & Fotoqalereya]

Bakıda Amerika Günü keçirilib
please wait

No media source currently available

0:00 0:04:40 0:00

Bakıda Amerika Günü keçirilib

Tədbirdə Amerika səfiri və Dillər Universitetinin rektoru çıxış edib

Iyulun 6-da Azərbaycan Dillər Universitetinin nəzdindəki Amerika Mərkəzində Amerika Günü keçirilib. Tədbir Amerikanın müstəqilliyinin 237-ci ildönümü münasibəti ilə təşkil olunub,

Amerika günündə iştirak sərbəst olub və yüzlərlə insan qatılıb. İştirakçılar arasında yeniyetmələr, gənclər və uşaqlar çoxluq təşkil edib. Yarmarkalarda Amerikanın ştatları və universitetləri təqdim edilib.

Şən musiqi altında Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və Dillər Universitetinin rektoru Səməd Seyidov çıxış edib.

Hər iki çıxışda Amerika-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edilib.

Səməd Seyidov deyib ki, hər iki ölkənin siyasi rəhbərliyi gələcəyə eyni istiqamətdə baxır və oxşar məqsədləri rəhbər tutaraq fəaliyyət göstərir.

“Azərbaycan əbədi müstəqil olacaq. Azərbaycan öz seçdiyi yoldan dönməyəcək və ABŞ-la həmişə birgə fəaliyyət göstərəcək”, o qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, müstəqilliyin 237-ci ilindən sonra da ABŞ daha yaxşı demokratiyanın olması üçün çalışır.

Bu mənada səfir Azərbaycanın müstəqilliyinin 20 ilində tərəqqi əldə etdiyini xatırladıb.

“ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirəcək və ölkədə daha güclü demokratik bazarın inkişaf etdirilməsi üçün əlindən gələni edəcək”, o qeyd edib.

Tədbirdə Amerikanın Azərbaycanda səfərdə olan tanınmış «Filligar» rok qrupu çıxış edib.

Bakıda Amerika Günü

1/14
Digər xəbərlər Show less
2/14
Digər xəbərlər Show less
3/14
Digər xəbərlər Show less
Bakıda Amerika günü
4/14 Bakıda Amerika günü
Digər xəbərlər Show less
5/14
Digər xəbərlər Show less
6/14
Digər xəbərlər Show less
7/14
Digər xəbərlər Show less
8/14
Digər xəbərlər Show less
9/14
Digər xəbərlər Show less
10/14
Digər xəbərlər Show less
11/14
Digər xəbərlər Show less
12/14
Digər xəbərlər Show less
13/14
Digər xəbərlər Show less
14/14
Digər xəbərlər Show less
Previous slide
Next slide
This item is part of
XS
SM
MD
LG