Accessibility links

Bakıda “Amerika Günü” təşkil edilib [Fotoqalereya]


Bakıda "Amerika Günü"
Bakıda "Amerika Günü"

ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Amerika Mərkəzi "Amerika Günü" təşkil edib.

Bir neçə saat davam edən tədbirə Amerikada təhsil almış azərbaycanlılar, Azərbaycanda təhsil almaqda olan amerikalı tələbələr, Milli Məclisin deputatları, Amerika səfirliyinin təmsilçisi və ictimaiyyətin nümayəndələri qatılıb.

Amerikanın ştatları ilə bağlı pavilyonlar nümayiş etdirilib.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov deyib ki, bu günün tarixi 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin Müqaviləsi” ilə üst-üstə düşür. "Amerika Günü” həm də 2014-cü il sentyabrın 20-də imzalanmış “Əsrin Müqaviləsi”nin” 20 illik yubileyində, - “Cənub Qaz Dəhlizi”nin təməli qoyulan bir günlə qeyd edilir”.

Onun fikrincə iki dövlətin münasibətləri regiona inkişaf, tərəqqi, sabitlik və sülh gətirir. “Azərbaycan və Amerika münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib".

Seyidov həmçinin ölkələrin mədəni və təhsil sahəsində əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Milli Məclisin deputatı Asim Mollazadə daha çox mədəni əlaqələrdən danışıb.

“Texas Ştatında “Əsrin Müqaviləsi”nin 20 illiyi bayram elan edilib. Kaliforniya Ştatının San Dieqo şəhəri Bakının Nəsimi rayonu ilə qardaşlaşmış şəhərdir və bu yaxınlarda orada Nəsimi parkının açılışı olacaq”.

Deputat Texas ştatında Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının amerikalı artistlərin iştirakı ilə təqdim ediləcəyini də diqqətə çatdırıb. “Qara Qarayevin “Yeddi gözəl” baleti də Amerika səhnəsində yaxınlarda təqdim olunacaq”.

"Amerika Günü" həm də Amerikanın “Meri Mak Brayd” qrupunun konsert proqramı ilə yadda qalacaq.

XS
SM
MD
LG