Accessibility links

Amerikada 65 yaşında hər 5 nəfərdən 1-i ya işləyir, ya da işləməyə davam edəcəyini düşünür


Amerikada 65 yaşında hər 5 nəfərdən 1-i ya işləyir, ya da işləməyə davam edəcəyini düşünür.

Lakin bu yaşda insanların yalnız 20 faizi işləməyə davam edir.

Əmək iqtisadçıları bunu bir neçə səbəblə izah edir. Birincisi onlar məhdud imkanlarla iş əldə edə bilər. Digər bir faktor isə yaş diskriminasiyasıdır. Bu, daha çox qadınlara şamil edilir. Yaşlılıq faktoru qadınlara kişilərdən daha çox təsir edir. Belə ki, yaşlı qadınların iş yerində insanlarla yola getməsinə kişilərlə müqayisədə daha neqativ baxılır.

Digər bir maneə fiziki fəallıqdır. Yaşlılar gənclərlə müqayisədə kompüter bacarığına daha yavaş yiyələnir. Hətta yaşlıların buna nail olmasına baxmayaraq, onların işdə çox qalmaması ehtimalı gənclərə təlimlər keçirilməsinə üstünlük verilməsi ilə nəticələnir.

65 yaşdan yuxarı insan yüksək maaş almaqdan əlavə digər qrupların maaş artımına mane olur.

Lakin ekspertlər bu göstəricilərin aldadıcı ola biləcəyini düşünür. Belə ki, yaşlıların heç də hamısı yüksək maaş almır.

2030-cu ildə hər 5 nəfərdən 1-i 65 yaşından yuxarı olacaq.

Xəstəxanalar, hökumət idarələri və yaşlılara imkan verən digər iş yerləri çox gəlir əldə etməyən müəssisələrdir. 55 yaşından yuxarı işçilərin əksəriyyəti evlərdə səhiyyə xidmətləri və özəl xidmətlərdə çalışır.

XS
SM
MD
LG