Accessibility links

Amerikada axtarışda olan haker Ukraynada yaxalandı


KYİV, UKRAYNA - Ukrayna hüquq-mühafizə orqanları ABŞ-da illərdir ki, axtarışda olan hakeri həbs edib.

Ukrayna milli təhlükəsizlik xidmətinin rəhbəri İvan Bakanov deyir ki, Mıxaylo Rıtikov Odessa şəhərində həbs olunub. Əməliyyat Britaniya və ABŞ xüsusi xidmət orqanlarının birgə əməkdaşlığı ilə həyata keçirilib.

Əməliyyatda Britaniya və ABŞ xüsusi xidmət orqanları da iştirak ediblər.

Bakanov deyir ki, əməliyyat zamanı 150 serverdən ibarət məlumat mərkəzi aşkar olunub. Bunlardan bəzilərinin Rusiya xüsusi xidmət orqanlarının nəzarəti və pərdəsi altında fəaliyyət göstərdiyi deyilir.

Rəsmi Moskva ittihama cavab verməyib.

Ukrayna vətəndaşı olan Rıtikova 2013-cü ildə ABŞ-da cinayət işi açılıb.

O, Birləşmiş Ştatlarda 160 milyon kredit və bank kartı oğurlayan mürəkkəb şəbəkəni idarə edib.

Lakin Vaşinqtonla Kyiv arasında ekstradisiya müqaviləsi yoxdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG