Accessibility links

ABŞ-da daha bir məktəbdə atışma


School Shooting
School Shooting
Birləşmiş Ştatlar polisinin bildirdiyinə görə, Kolorado ştatında 18 yaşlı şagird sinif yoldaşına odlu silahdan atəş açaraq onu yaraladıqdan sonra öz həyatına son qoyub.

Polis ilkin məlumatında iki şagirdin yaralandığını bildirsə də, sonrada yaralanan şagirdin qanının digər şagirdin üzərinə sıçradığını deyərək yalnız bir nəfərin xəsarət aldığını təsdiqləyib. Hazırda xəstəxanada olan yaralanan qızın vəziyyəti ağırdır.

Rəsmilər deyir ki, hadisəni törədən Karl Halverson Pierson odlu silahla məktəbə gələrkən müəlliminə qəzəbli olub.

1999-cu ildə dünənki insidentin baş verdiyi əraziyə yaxın Kolumbayn məktəbində iki şagird sinif yoldaşlarından 13-nün həyatına son qoyandan sonra özlərini də öldürmüşdülər.

Dünən baş vermiş hadisə habelə Konnektukut ştatının Nyutaun şəhərindəki Səndi Huk ibtidai məktəbindəki fəciəvi atışmanın ildönümünə təsadüf edir. Həmin hücum zamanı silahlı şəxs 20 azyaşlı şagird və digər 6 nəfərin həyatına son qoymuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG