Accessibility links

Amerikada elektron siqaretlərin qarşısının alınması yolunda kampaniyalara başlanıb


Amerikada elektron siqaretlərin qarşısının alınması yolunda kampaniyalara başlanıb
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Birləşmiş Ştatların səhiyyə rəsmiləri Amerika yeniyetmələri arasında elektron siqaret çəkənlərin sayının sürətlə armasından narahatdır. ABŞ-ın “Ərzaq və Dərman Administrasiyası” yeniyetmələrin elektron siqaretə aludə olduqları və bunun epidemiya halı aldığı barədə xəbərdarlıq edir.

Ətrafda nə kirli külqabı, nə siqaret kötüyü, nə də siqaret iyi var. Hazırda elektron siqaretlər smartfonlar qədər polulyardır. “Mən dadları qarışdlırmağı sevirəm. Mən manqo ilə nanəni qarşıdırmışam” deyə, yeniyetmə qız bildirir.

Dogəri isə “Çox sadədir, kiçikdir və yüklənməsi asandır” deyir.

Müxtəlif bitki dadlı və çəkməsi asan olan bu siqaretdən gənc amerikalılar dincələrkən istifadə edir. “Ərzaq və Dərman Administrasiyası”nın bildirdiyinə görə, təxminən 11 milyon amerikalı yeniyetmə elektron siqareti çəkir.

“Bunun qarşısını almaq üçün hansısa tədbirlər həyata keçirilməlidir. Çünki bu artıq asılılıq halını alıb və gənclər üçün çox zərərdir” deyir gənc qız.

Federal rəsmilər gənclərin elektron siqaret çəkməsinin qarşısının alıması üçün kampaniyalara başlayıb. “Ərzaq və Dərman Administrasiyası” da gənc nəslin elektron siqaretin məhdudlaşdırılmasına çalışan şirkətlərlə qoşulub. Bu məhdudiyyətlərə yeniyetmələri cəlb edən reklamlara son qoyulması və ətirli kartriclərin satışına qadağa qoyulması da daxildir.

Nyu-York şəhərində artıq "e-siqaret"lərin qarşısının alınması yolunda addımlar atılmağa başlayıb. Səhiyyə və Əqli Gigiyena Departamentindən Sonya Ancell: “Bizim artıq Nyu-Yorkda elektron siqaretlər satılan yerlərin sayının azalması ilə bağlı qanunumuz var. Və biz elektron siqaretlər satılan yerləri müəyyən edəcək və onların bu siqaretləti yeniyetmələrə satmalarının qarşısını alacağıq.”

Nyu-York şəhərinin Səhiyyə və Əqli Gigiyena Departamenti yüzlərlə satıcının elektron siqaret satma lisenziyasını ləğv edib. Lakin şirkət sahibləri bu kimi tədbirlərin çox sərt olduğunu və çox sayda insanın işini itirəcəyini deyir. Satici Kamal Əhməd: “Mən eşitdim ki, lisenziya alındıqdan sonra bir daha geri qaytarılmayacaq. Mən çox sayda insanın işini itirdiyini eşitmişəm.”

Həkimlər elektron siqaret çəkən yeniyetmələrin sonradan adi siqaret çəkəcəklərindən narahatdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG