Accessibility links

Amerikada Elm və Mühəndislik Festivalı keçirilir [Video]


Amerikada keçirilən Elm və Mühəndislik Festivalı
please wait

No media source currently available

0:00 0:03:17 0:00
Texnoloji inkişaf baxımdan ən qabaqcıl ölkələrdən biri olan Birləşmiş Ştatlarda alim və mühəndis çatışmazlığı yaşanır. ABŞ-da keçirilən Elm və Mühəndislik Festivalı bu problemi aradan qaldırmağa yönəlib.

Vaşinqtonda keçirilən sərgiyə çox sayda tələbənin gəlməsi, elm və mühəndislik sahələrinə marağın yüksək olmasına işarədir. Lakin milyondan çox amerikalı şagird arasında aparılan rəy sorğuları, onlardan cəmi 10 faizinin bu sahələrə gedəcəyini göstərib.

ABŞ Elm və Mühəndislik Festivalının təşkilatçılarından olan Larri Bok: “Biz idmançı, pop ulduzları, peşəkar aktyor və aktrisalar, biz çoxlarını təqlid etmək istəyirik, lakin alim və mühəndis olmaq istəmirik.”

Larri Bok ilk dəfə sonradan illik törənə çevrilən belə bir sərgini 2009-cu ildə Kaliforniyanın San Dieqo şəhərində təşkilində iştirak etmişdi. Bu sərgi müvəffəqiyyət qazandı, alimlərə və mühəndislərə ehtiyacı olan texnologiya sənayesi tərəfindən tez bir zamanda bəyənildi.

2010-cu ildə o, Lokhid Martinsdə çalışan Ray O Johnsonla bərabər ümummilli festivala başladı. Conson deyir ki, birlikdə STEN kimi tanınan elm, texnologiya, mühəndislik və riyaziyyatı əyləncəli tədbirlərə keçirmək müsbət effekt verir. “Mən əminəm ki, 10-20 il sonra onlar böyüyəndə STEN-ə baxıb onun öz həyatlarındakı yolu dəyərləndirəcəklər.

Gənclər sərgidə robotlardan tutmuş, robotlaşdırılmış protez əl və ayaqlar görürlər.
Onlardan çoxu passiv dinləmələrdən aktiv fəaliyyətə keçərək, müharibə veteranı, qolları amputasiya olunmuş Travis Milsin yanına gələrək, onun mexaniki qoluna baxırlar.

Mils deyir ki, əllərini və ayaqlarını itirmiş və süni əl-ayaqları olan çox sayda müharibə veteranı var və onlar uşaqların nəzərində elm və texnologiyanın faydasını təmsil edirlər.
“Uşaqlar bütün bunları görür və maraqlanırlar. Biz də onlara elmin nə dərəcədə inkişaf etdiyini göstərməliyik.”

Bəzi şagirdlər artıq öz ixtiralarını da edir. Yuxarı sinif şagirdi Andrea Li onlardan biridir. O, belə sərgilərin böyük potensiala malik olduğunu deyir. Andrea bunun şox maraqlı olduğunu və daha çox insan cəlb etdiyini bildirir.

Təşkilatçılar isə belə sərgilərin regionlarda da təşkil edilməli olduğunu və ölkə boyu qıtlıqda olan alim və mühəndislərin çoxalmasına yardım edəcəyini düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG