Accessibility links

Amerikada işsizlərin sayı azalır


Işsizlik təzminatı alanların sayının 21000 azaldığı bildirilir

ABŞ-ın Əmək Nazirliyinin hesabatına əsasən işsizlik təzminatı üçün müraciət edənlərin sayı bir qədər azalıb. Lakin bu, iş yerlərinin artdığına işarə deyil. Nazirlik may ayının əvvəllərindən etibarən işsizlik təzminatı alanların sayının 21000 azalaraq, hazırda 454000 təşkil etdiyini bildirir. İqtisadçılar bu göstəricinin 460000-ə enəcəyini təxmin edirdi. İşsizlik təzminatına müraciətlərin azalması insanların işlərini itirməsi hallarının azalmasına dəlalət edir. 350 ilə 400 mindən yuxarı göztərici əmək bazarının zəifliyinə işarədir.

XS
SM
MD
LG