Accessibility links

ABŞ-da işsizlik rekord həddə düşüb


Ofis qapılarında "iş təlabatları" elanları artıb.
Ofis qapılarında "iş təlabatları" elanları artıb.

ABŞ iqtisadiyyatı iyul ayında 209,000 yeni iş yeri yaradıb. İşsizlik bu arada 4.3 faizə düşüb. Bu, son 16 ilin ən aşağı göstəricisidir.

Cümə günü Əmək Departamentinin açıqladığı hesabata əsasən iş artımı əsasən restoran, biznes xidmətləri və səhiyyə sahələrində qeydə alınıb.

Əla iş göstəriciləri yenicə açıqlanıb - Mən hələ təzə başlamışam. İşləri boğan qaydalar silinəcək.
Donald Tramp

Orta saatlıq əmək haqqı 9 sent qalxaraq, 26.36 sentə yüksəlib. Bu, ötən illə müqayisədə 65 sent artıqdır.

ABŞ-da əmək haqqı bir qayda olaraq saatlıq ödənilir.

İndeed iş axtarışı şirkətinin baş iqtisadçısı əmək haqlarının yavaş artım tempini iş yerlərinin əsasən aşağı maaşlı yemək xidmətlərində cəmləşməsi ilə izah edir.Eyni zamanda Ced Kolko hesab edir ki, iş artımı əməkçi qüvvəsində işililiyi təmin etmək üçün tələb olunan rəqəmdən kifayət qədər yüksəkdir.

Tvitterdə Prezident Donald Tramp rəsmi göstəriciləri “əla” adlandırıb.

Seçki kampaniyası zamanı rəsmi işsizlik 5 faiz həddə idi. Həmnin vaxt namizəd Tramp rəqəmləri “qondarma” adlandıraraq onlara etibar edilməməsini tövsiyə etmişdi. O, həqiqi işsizlik rəqəmlərinin yüksək olduğunu israr edərək göstəricinin az qala 42 faiz ola biləcəyini demişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG