Accessibility links

Amerikada Sevgililər gününü daha az insan qeyd edir


On illə müqayisədə bu gün Amerikada Sevgililər gününü daha az insan qeyd edir.

Milli Pərakəndə Satış Federasiyasının bildirdiyinə görə, 10 il əvvəl amerikalıların 60 faizi bu günü qeyd edirdisə, 2019-cu ildə bu göstərici demək olar ki, yarıya enib.

Sevgililər günü (Valentine's Day) hər il fevralın 14-də sevgililərin biri-birinə çiçək, şirniyyat və digər hədiyyələr etməsi ilə qeyd edilir.

2009-cu ildə 18-lə 34 yaş arasındakı insanların 72 faizi, 35-lə 54 yaş arasındakı insanların 65 faizi bayramı səbirsizliklə gözlədiklərini bildirib.

Amerikalıların bu il çiçəklərə 1.9 milyard dollar sərf edəcəyi gözlənilir
Amerikalıların bu il çiçəklərə 1.9 milyard dollar sərf edəcəyi gözlənilir

Bu gün isə bu insanların 52-53 faizi heç bir bayram planı olmadığın deyib.

Sevgililər gününün qeyd edilməsinin azalmasına bu günün hədsiz kommersiyalaşdırılması, qeyd etməyə heç kimin olmaması və ya marağın itirilməsi səbəb olub. Bunu Milli Pərakəndə Satış Federasiyasının keçidiyi sorğu müəyyən edib.

Sevgililər günü ənənəvi hədiyyə edilir. Bu il amerikalıların məhz şirniyyata 1.8 milyard dollar xərcləyəcəyi təxmin edilir. Bayramı qeyd edənlərin daha artıq pul xərcləyəcəyi gözlənilir. Adambaşına orta məsrəf 162 dollar olaraq, ümumilikdə 20.7 milyard təşkil edəcək.

Sevgililər günü ən çox pul xərcləyənlər 35-lə 44 yaş arası insanlardır. Onların hər birinin 279.14 dollar xərcləyəcəyi təxmin edilir. 25-lə 34 yaş arası insanların məsrəflərinin 239.07 dollar olacağı gözlənilir.

Amerikada təkcə sevgililər deyil, uşaqlar, valideynlər, dostlar, müəllimlər və həmkarlara da hədiyyələr bəxş edilir.

Və ev heyvanları. Bu il amerikalılar heyvanlarına 886 milyon dollar sərf edəcək.

XS
SM
MD
LG