Accessibility links

Amerikada Şükranlıq günüdür


Barak Obama sonuncu dəfə Şükranlıq günü hind toyuqlarının “əfv”i mərasimində iştirak edib

Amerikalılar ənənəvi olaraq ailə üzvləri və dostları ilə bayram süfrəsi arxasında ölkə boyu keçirilən paradlar və futbol oyunlarına tamaşa edərək Şükranlıq gününü qeyd edir. Çoxları üçün Şükranlıq günü bayram alış-veriş mövsümümün başlanğıcı deməkdir.

Nyu Yorkda Macy’s ticarət şirkətinin ənənəvi Şükranlıq günü paradı bu il yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü şəraitdə keçirilir.

Nyu Yorda Şükranlıq günü paradı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
Nyu Yorda Şükranlıq günü paradı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Nyu York şəhərinə ciddi təhlükələrin olduğu barədə əsaslı dəlillər olmamasına baxmayaraq, polis departamenti Manhettendə paradın 4 kilometrlik marştrutu boyu 3 min nəfərdən çox polis qüvvəsi yerləşdirildiyini bildirib. Parad yerli vaxtla səhər saat 9-da başlayıb.

Nyu York polisinin bu il təhlükəsizlik tədbirlərini gücləndirdiyi daha bir obyekt prezident seçilmiş Donald Trampın paradın keçdiyi yolun yaxınlığındakı iqamətgahıdır.

Trampın Şükranlıq mesajı

Bu arada, Donald Tramp və onun ailəsi Şükranlıq gününü paradın keçirildiyi Nyu Yorkdan 1600 kilometr uzaqda-Florida ştatında Palm Biçdə qeyd edir. Prezident seçilmiş Tramp iki həftədir yeni administrasiyanın yaradılması üçün gərgin işdən sonra bir gün istərahət edir.

O, Şükranlıq günü münasibətilə sosial mediada paylaşdığı mesajında amerikalıları birliyə çağırıb.

Tramp Twitter sosial şəbəkəsində yerləşdirilmiş video mesajda deyib: “Vətəndaşlar arasında etibar bağlarını bərpa etməyin vaxtıdır, çünki Amerikada birlik olanda bizim üçün əlçatmaz heç bir şey yoxdur.”

Obama hind toyuğunu “əfv” etdi

ABŞ prezidenti Barak Obama hakimiyyəti dövründə sonuncu dəfə Şükranlıq günü hind toyuqlarının Ağ Evdə “əfv”i mərasimində iştirak edib.

Prezident Obama hind toyuğunu əfv edir
Prezident Obama hind toyuğunu əfv edir

Ağ Evin qızılgül bağçasındakı mərasimdə Tater və Tot adlı iki hind quşu prezident tərəfindən əfv edilib. Prezident Obamanı bu dəfə onun iki qızı-18 yaşlı Maliya və 15 yaşlı Saşa deyil, Mişel Obamanın qardaşının iki oğlu, 4 yaşlı Aron və 6 yaşlı Ostin Robinson müşayiət edib. Obama zarafatla deyib ki, “qızlar artıq onun zarafatlarını bəyənmir”.

Amerikalıları bir-birinə hansısa irq, ya da din deyil, hamının bərabər olduğu haqda ümumi bir inam bağlayır.
Barak Obama

Prezident Obama Şükranlıq günü münasibətilə Amerika xalqına müsajında bu günün əhəmiyyətindən danışıb. “Şükranlıq günü bizə xatırladır ki, aramızdakı fərqlərdən asılı olmayaraq biz bir xalq olaraq qalırıq və özümüzdən daha böyük bir toplumun bir hissəsiyik. Biz irəliyə birlikdə irəlilədiyimiz icmalarıq. Biz bir-birimizə, xüsusilə də az imkanı olanlara diqqət göstərən qonşularıq.”

Obama əlavə edib ki, “amerikalıları bir-birinə hansısa irq, ya da din deyil, hamının bərabər olduğu haqda ümumi bir inam bağlayır.

Səfərlər, alış-veriş

Şükranlıq günü ailə üzvləri və dostlarla birlikdə olmaq üçün amerikalıların ən çox səfər etdiyi bir vaxtdır. Bu il 49 milyon amerikalılarının avtmobil, dəmir yolu və təyyarələrlə səfər etdiyi gözlənilir. Bu, keçən illə müqayisədə bir milyon artıq göstəricidir.

Şükranlıq günü amerikalıların ən çox səfər etdiyi günlərdən biridir
Şükranlıq günü amerikalıların ən çox səfər etdiyi günlərdən biridir

Hər il noyabr ayının sonuncu cümə axşamı günü qeyd edilən Şükranlıq gnü həm də Amerika Birləşmiş Ştatlarında bayram alış-veriş mövsümünün başlanğıcı deməkdir.

Şükranlıq gününün səhəri Amerikada Black Friday “qara cümə” günü kimi tanınır. Bu gün Amerikanın ən böyük ticarət mərkəzlərində elektrotexnika malları, oyuncaqlar və geyimlər böyük endirimlərlə satışa çıxarılır.

Bu il bir sıra şirkətlər yüngül sənaye mallarının satışlarında kəskin artımın artıq müşahidə olunduğunu bidirib. Lakin Amerikanın Wal-Mart, Target və Macy’s kimi böyük ticarət şirkətləri seçkilərdən sonra istehlakçı davranışında böyük fərqin hiss edilmədiyini qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG