Accessibility links

Amerikada təyyarə sürməyi necə öyrənmək olar?


Çox az canlı dünyanı səmadan müşahidə edə bilir. Yəqin bu səbəbdən adamların çoxu helikopterlərdə və təyyarələrdə uçmaq istəyirlər. Və indi bunu hamı edə bilər. Əlbəttə, bu, elə də ucuz hobbi deyil, amma siz güman etdiyinizdən xeyli ucuzdur. Vaşinqton civarındakı Freeway Aeroportu bu baxımdan maraqlı yerdir.
Amerikada təyyarə sürməyi öyrənmək asandır
please wait

No media source currently available

0:00 0:02:04 0:00
Freeway Aeroportunda yeni gündür. Bu, isə o deməkdir ki, növbəti həvəskar pilot uçmaq öyrənir.

Joel Şuler:
Bu adamların çoxu buraya heç bir aviasiya təcrübəsinə malik olmadan gəlirlər. İlkin addım təqdimat uçuşudur.

Danuşka Adikaram:
Biz elementar əsaslardan başlayırıq. Uçuş nəzarətini yoxlayırıq, hər şeyin sərbəst və düzgün işlədiyinə əmin oluruq.

Danuşka Adikaram artıq dörd ildir ki, təyyarə idarə edir. O, Şri Lankadan ABŞ-a pilot vəsiqəsi almaq üçün gəlmişdi. İndi o, və başqa instruktorlar yeni pilotlara uçmaq öyrədirlər.

Joel Şuler:
Onlar havaya qalxdıqdan və uçuş səviyyəsini sabitləşdiridikdən sonra təyyarəni şagirdlərin ixtiyarına buraxırlar ki, onlar sürməyi öyrənsinlər.

Uçmazdan öncə heç bir test yaxud imtahan götürməyə ehtiyac yoxdur. İstənilən adam istənilən yaşda qapıdan içəri daxil olub, uçmağı öyrənə bilər. Burada elələri var ki, 14 yaşı var, eləsi də var ki, 62.

Təkbaşına uçmaq üçün yaş limiti 16-dan başlayır, amma təyyarə kabinəsində 35 saat və sinif otağında 35 saat vaxt keçirməyə hazır olan istənilən kəs pilot vəsiqəsi əldə edə bilər. Bu, və üstəgəl 9 min dollar təhsil haqqı.

Əgər bu, sizə baha görünürsə onda saatı 200 dollara pilotlu təyyarə icarəyə götürə bilərsiz.

Joel Şuler:
Bu, elə azadlıqverici bir hissdir. Təyyarədə uçanda adamın bütün qayğıları yaddan çıxır.

Danuşka Adikaram:
Burada tıxac-filan yoxdur. Heç kim içkili şəkildə təyyarə idarə etmir. Və bu, maşından xeyli sürətlidir.

Hazırda ABŞ-da pilot vəsiqəsi almış yarım milyon adam üçün hobbi yaxud iş karyerası elə bu növ kiçik özəl aeroportdan ilk uçuşla başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG