Accessibility links

Amerikada tanınmayan zəfəran [Video]


Amerikada tanınmayan zəfəran
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Amerikada tanınmayan zəfəran

Çikaqonun şimalında yerləşən Ba-Ba-Reeba kafesində aşpazın menüsuna rəng qata biləcək yalnız bir inqridient var.

“Biz zəfəranı kafeminiz ən popular yeməyi olan paelyaya, hətta desertlərə və diqər yeməklərə əlavə edirik. Ona görə də, həmin inqridientin yüksək keyfiyyətli olması çox vacibdir.”

Zəfəran Asiya, Yaxın Şərq, Aralıq dənizi hövzəsi ölkələrində aparıcı ədviyyədir. Amma bu ədviyyə ABŞ-da bu çox yayılmayıb. Zəfəran burada 60 milyon dollarlıq bazar olmasına baxmayaraq, demək olar ki, tanınmır.

Amma, Rumi Spice adlanan şirkət bunu dəyişmək niyyətindədir.

“Şirkətin adı Cəlaləddin Ruminin adınından götürülüb. O, 13-cü əsrin şairi və mütəfəkkiri olub. Rumi müasir dövrün Əfqanıstanında dünyaya gəlib. Onun məşhur ifadələrindən biri “harada viranəlik varsa, orada xəzinəyə ümid var” olub.

Kimberli Canq və Kit Alaniz Rumi Spice ın təsisçiləridir. Hər ikisi Əfqanıstan veteranlarıdır. Amma, onlar Əfqanıstandan yanız döyüş təcrübəsi ilə qayıtmayıblar.

“Mən heç zaman Əfqanıstanda xidmət edib, insanlara vaxt keçirib, sonra isə oradan geri dönərək heç nə olmamış kimi hər şeyi unuda bilməzdim. Xüsusilə də, orada yaşayan insanlarla münasibət qurduqdan sonra.

Bu münasibətlər Rumi Spice şirkətinin biznes strategiyasının əsasını təşkil edir. Onların ABŞ bazarına çıxartdıqları zəfəranı Əfqanıstanın Herat vilayətindəki fermerlər tərəfindən istehsal edilir.

Abdulla Faiz Herat Universitetinin rektorudur. Onlar İndianada yerləşən Purdue Univesiteti ilə əməkdaşlıq edərək, əfqan zəfəran istehsalçıları ilə xüsusi proqram icra edirlər.

“Qida texnologiyası fakültəsi zəfəranın daha gigiyenik keyfiyyətdə hazırlamaları üçün fermerlərə təlimlər keçirlər.”

Rumi Spice şirkəti ilə bağlı yaxşı şey odur ki, onların məhsulları çox keyfiyyətli və istifadəyə tam yararlıdır. Bununla bərabər, sən anlayırsan ki, onlarla tərəfdaş olmaqla əfqan fermerlərinə və qadınlarına dəstək olmuş olursan. Bu sadəcə məhsulun alınması deyil, bu həmin yerə müsbət təsir etmək imkanıdır.”

Rumi Spice artıq 250,000 dollar sərmayə əldə etməyə müvəffəq olub. Bu nəinki Rumi Spice şirkətinə olan ümidin nümayişidir, bu həm də Əfqanıstanda zəfəran istehsalı inkişafının potensialına olan inamdır.

XS
SM
MD
LG