Accessibility links

Amerikadan 217 Azərbaycan vətəndaşı Bakıya gətirilib


Amerikadan 217 Azərbaycan vətəndaşı Baıya gətirilib
Amerikadan 217 Azərbaycan vətəndaşı Baıya gətirilib

İyunun 11-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) ABŞ-ın Nyu-York şəhərindən 217 Azərbaycan vətəndaşını çarter reysi ilə Bakıya gətirib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdiriliblər.

Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana əsasən yerinə yetirir.

Karantin dövründə müxtəlif ölkələrdə olan bir neşə min Azərbaycan vətəndaşı çarter resləri ilə ölkəyə gətirilib.

İndiyədək Azərbaycan İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan on mindən çox vətəndaşını AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirib.

XS
SM
MD
LG