Accessibility links

Amerikalı astronavt Alan Bin dünyasını dəyişib


Amerikalı astronavt Alan Bin

Amerikalı astronavt, Ayın səthinə qədəm qoymuş dördüncü insan olan Alan Bin şənbə günü Texas ştatının Hyüston şəhərində 87 yaşında dünyasını dəyişib.

O, 1969-cu ildə Ayın səthinə enmiş “Apollo-12” missiyasının iştirakçısı olub. Alan Bin kosmik gəminin komandiri Çarlz Konradla Ayın səthində 31 saat ərzində təcrübələr aparıb. Onlar tədqiqatlar üçün Yer kürəsinə 35 kiloqram çəkidə qaya süxürlar və torpaq nümunələri gətirib.

“Apollo-12” missiyasından sonra Bin 1973-cü ildə Amerikanın ilk kosmik Skylab orbital stansiyasına ikinci kosmik ekspedisiyaya rəhbərlik edib. O ekspedisiya 59 gün davam edib və bu müddət ərzində həmin dövr üçün rekord hesab edilən 40 milyon kilometr məsafə qət edib.

Alan Bin 1981-ci ildə NASA-dan ayrıldıqdan sonra kosmosun fəthinə həsr edilmiş rəsm əsərləri yaratmağa başlayıb.

Onun vəfatından sonra Ayın səthinə enmiş “Apollo-12” missiyasının 12 üzvündən yalnız dördü sağ qalır. Bunlar Baz Oldrin, Deyv Skott, Çarli Dyuk və Harrison Şmidtdir.

XS
SM
MD
LG