Accessibility links

Amerikalı yeniyetmə video oyun yarışında qalib gələrək milyonçu oldu


Amerikalı yeniyetmə Kayli Qirsdorf bazar günü Nyu-Yorkda keçirilən Fortnite - populyar onlayn video oyunu yarışında $3 milyon dollar pul mükafatı udub.

Pennsilvaniyadan olan 16 yaşlı Qirsdorf ümumi həcmi $30 milyon dollar uğrunda mübarizə aparan 100 oyunçudan biri olub.

“Bugha” ləqəbi altında oynayan Qirsdorf Fortnite Dünya Kuboku uğrunda keçirilən finalda rəqiblərindən 26 xal çox toplayaraq 59 xalla solo oyunların qalibi olub.

2017-ci ildə yaranmış Fortnite oyununun populyarlığı ötən il oyunu yaradan şirkət “Epic Games”-in dəyərini $15 milyarda çatdırmağa kömək edib.

Daha öncə açıqlanan hesabata görə, 2019-cu ildə 'esport' kimi tanınan kiber idman və ya peşəkar video oyun yarışlarından əldə olunan qlobal gəlir keçən ildən bəri 27 faiz artaraq $1,1 milyard dollar təşkil edəcək.

Ümumilikdə, qlobal video və elektron oyun bazarı esportdan gələn gəlir istisna olmaqla 2019-cu ildə $152,1 milyard dollara çatacaq. Bu isə ötən illə müqayisədə 9,6 faiz çoxdur.

XS
SM
MD
LG