Accessibility links

Amerikalı idmançının müvəqqəti hicab əngəli


Amerikalı idmançının müvəqqəti hicab əngəli
please wait

No media source currently available

0:00 0:02:31 0:00

ABŞ-ın Ohayo ştatında yaşayan 16 yaşlı qaçış üzrə idmançısı Nur Aleksandria Əbukərəm bu yaxınlarda hicab geyindiyi üçün yarışdan diskvalifikasiya edilib. İndi isə Əbukərəm qaydaların dəyişdrilməsi uğrunda mübarizə aparır.

Ohayonun Toledo şəhəri yaxınlığında böyüyüb başa çatan 16 yaşlı qaçış ustası Nur Aleksandria Əbukərəm normal bir amerikalı yeniyetmə kimi yaşayırdı. Ancaq oktyabrın 19-da 5 kilometrlik məsafəni qaçıb bitirəndən sonra o, qeyri-adi mənzərə ilə qarşılaşıb.

Nur Aleksandria Əbukərəm
Nur Aleksandria Əbukərəm

“Mən indiyənədək ən qısa zamanda qaçıb, yarışı başa vurdum. Amma gedib siyahıda adımı və tutduğum yeri yoxlamaq istəyəndə orada adımı tapa bilmədim. Mən yarışda iştirak etməyən komanda yoldaşlarımın yanına gedib ‘adım siyahıda yoxdur’dedim. Onlar da ‘sən diskvalifikasiya olunmusan’ dedilər. Mən də ‘niyə?’deyə soruşdum. Onlar da gülməyərək hicabıma görə olduğunu dedilər. O an mənim qəlbim qırıldı. Mən artıq heç nə hiss etmirdim. Mən çox utandım. Onlardan uzaqlaşıb, ağlamağa başladım” , Nur Əbukərəm deyir.

Diskvalifikasiya Əbukərəmin anasını da narahat edib.

“Ürəyimiz parçalandı. Çox çətin idi. Bir valideyn olaraq Nur kimi sakit və rəhmli olmaq çətin idi. O, komandasını sevir və ona görə də bu qərarı qəbul etdi” , Yolanda Melendez bildirir.

Ohayo Orta Məktəb Atletika Assosiasiyasının bildirdiyinə görə, şagirdlər dini baş geyimləri ilə yarışda iştirak edə bilərlər, amma öncədən icazə almalıdırlar. Əbukərəm aylardır rəsmi icazə almadan qaçıb, amma bu dəfə rəsmilər qaydanı tətbiq etməyə qərar verib.

Onun komanda yoldaşları da şokda idi.

“Məncə qaydalar dəyişməlidir, çünki onlar ədalətsizdir və məncə bu heç kimin başına gəlməməlidir” , Sidney Qfeu bildirir.

Məktəb o zamandan bəri quruma rəsmi icazə ilə bağlı ərizə təqdim edib və Əbukərəmin hicabla qaçmağına icazə verilib. Amma bu hadisə artıq onu zədələyib.

“Onlar onu ictimai şəkildə diskvalifikasiya etdi. Düşünürəm ki, onlar ictimai şəkildə yanlış hərəkət etdiklərini də deməlidirlər” , Yolanda Melendez deyir.

“Mən gələcəkdə özümü universitetdə idmanla məşğul olan biri olaraq görürəm, bu, qaçış da ola bilər, futbol da, çünki mən hər ikisi ilə məşğul oluram” - deyə, Nur Əbukərəm bildirib.

Nur Aleksandria Əbukərəm
Nur Aleksandria Əbukərəm

Əbukərəm düşünür ki, bu insident ona səsini çatdırması və qaydaları dəyişməsi üçün platforma olacaq.

“Onlar bunu məcbur olduqları və sevdikləri üçün geyinir” , Əbukərəm deyir.

Olimpiya oyunlarında bürünc medal qazanan qılıncoynadan İbtihac Məhəmməd 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında hicab geyinən ilk amerikalı olub.

Məhəmməd İnstagram səhifəsində Əbukərəmin diskvalifikasiyasından sonra ona dəstək mesajı paylaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG