Accessibility links

Amerikalı investorun həbsi Rusiya maliyyə sektorundakı qorxunu artırıb


Amerikalı investorun həbsi Rusiya maliyyə sektorundakı qorxunu artırıb
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Amerikalı investorun həbsi Rusiya maliyyə sektorundakı qorxunu artırıb

Rusiyada hörmət edilən amerikalı iş adamlarından biri olan Maykl Kalvi Moskvada fırıldaqçılıq ittihamı ilə həbs olunub.

ABŞ-lı investor 37,5 milyon dollar dəyərində müqavilə ilə bağlı ona qarşı irəli sürülən ittihamları rədd edir.

Kalvinin həbsi biznes dünyasında çoxlarını təəccübləndirib.

"Bu şok idi. Bu, sadəcə zərər vermir, həm də son 7-8 il ərzində Strateji Təşəbbüslər Agentliyi tərəfindən investisiya mühitinin yaxşılaşdırılmasına dair edilmiş bütün işləri kölgə altına alır." - deyə, Aleksanr Xurudzi bildirib.

Həbs Kreml və prezident Vladimir Putinin siyasətinə zidd görünür. Putin dəfələrlə bildirib ki, ölkənin iqtisadiyyatına zərər vuracaq hallardan qaçınmaq lazımdır.

Putin Kalvinin həbsdə olduğu çərşənbə günü də bu siyasətini təkrarlayıb.

"Böyük məqsədlərə nail olmaq üçün müəssisələrin azadlığı və təşəbbüsünü məhdudlaşdıran hər şeydən qurtulmalıyıq. Dürüst bizneslər cinayət və ya inzibati cəza alacağı qorxusuyla yaşamamalıdır." - deyə, Putin bildirib.

Kremlin iqtisadiyyatı Qərblə olan etibarsızlıq mühiti, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalar səbəbindən artıq zərər görüb.

İndi isə hətta Putinin müttəfiqləri də həyəcan siqnalı verir. Rusiyanın keçmiş maliyyə naziri Aleksi Kudrin Kalvinin həbsini "iqtisadiyyat üçün fövqəladə vəziyyət" adlandırıb.

İqtisadçılar düşünür ki, bu həbs maliyyə sektorundakı qorxunu artıracaq.

"Bu ziyan vericidir. İndiki vəziyyətdə hər birimiz düşünürük ki, mən həmin həbsxanadan nə qədər uzağam? Əminəm ki, bütün xarici biznesmenlər də eyni şeyi düşünüb." - Amerika Ticarət Palatasının prezidenti Aleksis Rodziyanka qeyd edib.

Hazırda Kalvinin gələcəyi onun bu ölkəyə yatırdığı investisiyalar və yenidən maliyyə təcridolunmasına geri qayıdan Rusiya kimi naməlumdur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG