Accessibility links

Amerikalı keşişin şikayəti təmin olunmayıb


Türkiyədə terror ittihamları ilə həbs olunan ABŞ keşişi ev dustaqlığında qalmağa davam edəcək.

Türkiyə məhkəməsi çərşənbə günü Endrü Bransonun azadlığa buraxılmaq üçün irəli sürdüyü kasassiya şikayətini rədd edib.

ABŞ prezidenti Donald Tramp keşişin azadlığa buraxılması üçün aparılan təzyiq kampaniyasının bir hissəsi olaraq Türkiyəyə qarşı sanksiyalar tətbiq etməklə hədələyib.

Türkiyə polisi Endrü Bransonun önündə
Türkiyə polisi Endrü Bransonun önündə

Branson 2016-cı ildə prezident Rəcəb Tayyib Ərdoğana qarşı çevriliş etməyə cəhd etməkdə günahlandırılan ABŞ-da yaşayan müsəlman din xadimi Fəthullah Gülənin başçılıq etdiyi şəbəkəyə yardım etməkdə ittiham olunaraq, son 21 aydır həbsdədir.

Branson həmçinin qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasını dəstəkləməkdə ittiham olunur. (PKK)

Onun növbəti məhkəməsi oktaybrın 12-ə təyin olunub.

XS
SM
MD
LG