Accessibility links

Amerikalı müğənni və bəstəkar R. Kelli məhkəməyə verilib


Amerikalı müğənni və bəstəkar R. Kelli məhkəməyə verilib
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Amerikalı müğənni və bəstəkar R. Kellinin cinsi təcavüzünə məruz qalan və qəsdən herbis infeksiyasına yoluxdurulan Feyt Rodcers R&B ulduzunu məhkəməyə verdikdən sonra təhdidlərlə üzləşdiyini bildirib. Feyt Rodcers vəkili Qloriya Allredlə bərabər müxbirlərin suallarını cavablandırıb.

Rodcers Nyu-Yorkda anasının da iştirak etdiyi mətbuat konfransında danışıb.

"R&B-nin kralı və bir çoxları tərəfindən sevilən R. Kelliyə qarşı durmaq asan deyil. Mən düşündüm ki, həqiqəti söyləməli, özümü müdafiə etməliyəm" , Kelli bildirib.

Rocers Kellini istənilməyən seksual əlaqə, yalan həbs və qəsdən zöhrəvi xəstəliyə yoluxdurma iddiaları ilə ötən ilin may ayında məhkəməyə verib. Onun vəkili Roçersdən xəbərsiz Kellinin şəxsi fotolarını sosial mediada yaydığı və onun seksual həyatına dair təfərrüatları yayacağı hədələrinə dair dəlillər olduğunu deyib.

"Cənab Kelli Bill Kozbi və Harvi Vaynsteyn kimi Hollivud ulduzlarının sırasında yer alacaq. Onlar kimi əməllərinə görə məsuliyyətə cəlb ediləcək. Siz musiqiniz olmyan-ağrı və iztirablaraına yol açdığınızı iddia edən yeniyetmələr və gənc qadınların təcavüzkarı kimi bir mirasa sahib olacaqsınız" - deyə, vəkil Qloriya Ollred deyib.

Karyerası boyu gənc qızlara qarşı seksual qısnamalar ittihamaları ilə üzləşən Kelli 15 yaşlı Aliya adlı qızla gizli nihaka daxil olduğu barədə iddiaları rədd edir. İllərlə üst-üstə toplanan iddialar bir çoxlarını Kellidən uzaqlaşdırıb. Onun tədbirləri ləğv edilib. Bu yaxınlarda Ledi Qaqa Tvitter hesabında Kelli ilə əməkdaşlığına görə üzr istəyib.

Kellinin vəkili isə müğənniyə hücum edərək, onun "Ulduz doğuldu" filmindəki rolunu tənqid edib.

"Cənab Kelli eyni adam olaraq qalır. Təəssüflər olsun ki, eyni şayiələr illərdir davam edir. Bu şayiələr onun Qremmi mükafatıba layiq görüldüyü, Ledi Qaqanın onunla birgə ifası zamanı da var idi. İndi isə Ledi Qaqa ikili rol oynayır. O, Oskar almaq üçün yəqin ki, siyasi baxımdan bunun düzgün olduğunu düşünür" , vəkil Stefen Qrinberq bildirib.

R. Kelli ABŞ-da ən çox satılan sənətçidir. Əvvəllər məşhurları statusları müdafiə edə bilirdi. Lakin bu gün ABŞ ictimaiyyəti iddiaların nəzərə alınmasını tələb edir.

XS
SM
MD
LG