Accessibility links

Amerikalı professor doğum evlərində təlim keçib


Skot Gutri Azərbaycanda səhiyyə sistemi ilə tanış olur
Skot Gutri Azərbaycanda səhiyyə sistemi ilə tanış olur

ABŞ-ın Tennesi ştatının Neşvil şəhərində yerləşən Vanderbilt Universitetinin Pediatriya və Neonatalogiya üzrə professoru Skot Gutri səhiyyə sistemi ilə tanış olmaq məqsədi ilə Azərbaycana səfər edib. O, həmçinin Fulbright mütəxəssisidir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin facebook səhifəsində yaydığı məlumata görə Skot Gutri səfər çərçivəsində Şəki və Gəncə şəhərlərinin doğum evlərində yerli neonatoloqlar üçün təlim keçib. Gutrinin təlimləri yeni doğulmuş uşaqlarda yarana biləcək problemlərin qarşısının alınmasına, nəfəs, infeksiya, sarılıq xəstəliyi kimi problemlərin müalicəsinə fokuslanıb.

Cənab Gutri həmçinin neonatoloqlara kömək edəcək bəzi telefon tətbiqlərinin istifadə qaydalarını izah edib.

XS
SM
MD
LG