Accessibility links

Amerikalı sabiq beysbol ulduzu Dominikan Respublikasında hücuma məruz qalıb


ABŞ və Kanadanın komandalarından ibarat Peşəkar Beysbol Liqasının (MLB) sabiq ulduz oyunçusu Deyvid Ortizin Dominikan Respublikasında barda yerli sakin tərəfindən silahla yaralanması nəticəsində keçirdiyi əməliyyatdan sonra vəziyyəti sabitdir.

Bardan əldə edilən müşahidə videosunda silahlı şəxsin arxadan Ortizə yaxınlaşaraq, atəş açması nəticəsində sabiq beysbolçunun yerə yıxıldığı görünür.

Şübhəli şəxsi saxlayan polis hücumun məqsədini müəyyən etməyə çalışır.

Ortiz mədəsindən və belindən aldığı yaralarla Santo Dominqo şəhər xəstəxanasına aparılmışdı.

Müxbirlərlə danışan atası bildirib ki, “Big Papi” kimi tanınan ulduz oyunçu heç bir orqanından xəsarət almayıb və hal-hazırda istirahət edir.

Ortiz Bostonun Red Sox komandasında 14 mövsüm çıxış edib və 2004, 2007 və 2013-cü illərdə komandaya 3 dəfə Dünya Seriyası çempionluğu gətirən ulduzlardan biri olub.

XS
SM
MD
LG