Quinnipeq universitetinin keçirdiyi yeni sorğuya əsasən, amerikalıların demək olar yarısı ABŞ prezidenti Donald Trampın Rusiyanın 2016-cı ildə seçkilərə müdaxiləsi ilə münasibətdə yanlışlığa yol verməkdə günahkar olduğuna inanır. Sorğu iştirakçılarının 42 faizi prezidentin səhv hərəkətə yol verdiyinə inandığını, 43 faizi isə onun səhvə yol vermədiyini düşündüyünü deyib.
Prezident kampaniyasının rəqib xarici ölkədən siyasi opponentə dair informasiya almasının qəbuledilməz olub-olmadığı sualının cavabında respondentlərin 79 faizi bunun “heç bir vaxt qəbul edilə bilmədiyi” və yalnız 12 faizi “qəbul edilə biləcəyi” cavabını verib.
Amerika seçicilərinin yarıdan çoxu, 51 faizi inanır ki, xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı ədalətli təhqiqat aparır. Sorğu iştirakçılarının 33 faizi Müllerin təhqiqatının ədalətli olmadığını düşündüyünü bildirib.
Respondentlərin 59 faizi Trampı şəxsən xoşlamadıqlarını bildirib, 31 faizi isə onu bəyəndiyini bildirib.
Sorğu göstərib ki, seçicilərin 58 faizi Tramp administrasiyasının orta sinif amerikalılar üçün kifayət qədər iş görmədiyinə inanır. Respondentlərin 38 faizi administrasiyanın kifayət qədər iş gördüyünə inandığını bildirib.
Sorğu iştirakçılarının 59 faizi bildirib ki, onlar Trampın ağ irqə mənsub olmayan insanlara ağlar qədər hörmət bəsləmədiyini hiss edir. Respondentlərin 39 faizi isə Trampın hamıya eyni hörmətlə yanaşdığını düşündüyünü deyib.
Ölkə boyu sorğu avqustun 9-dan 13-ə qədər keçirilib.