Accessibility links

Amerikalı yeniyetmələr telefonda yazışmağa üstünlük verirlər


Texting teens
Texting teens

Amerikalı yeniyetmələr dostları ilə şəxsən danışmaq əvəzinə mətnlə yazışmanı üstün tuturlar.

Common Sense Media-in son araşdırmasına görə, sosial mediada tez-tez üz-üzə “görüşsələr” də, ictimaiyyətin əksəriyyəti onlarla birlikdə olduğu zaman insanlara diqqətin yayındığını etiraf edirlər.

10 yeniyetmədən 8-i sosial mediadadır. Hər on gəncdən 9-nun smartfonu var.

13-17 yaş arasındakı gənclərin yarıdan çoxu ictimai medianın onları şəxsi münasibətlərdən və ev tapşırıqlarından yayındırdıqlarını, təxminən üçdə birinin isə onların yuxusunu pozduğunu söyləyirlər.

Yeniyetmələrin otuz beş faizi dostları ilə daha çox mətnlə yazışır, 32 faiz gənc isə dostları ilə real həyatda görüşməyə üstünlük verir.

10 yeniyetmədən 8-i sosial mediadadır. Bu rəqəm 2012-ci ildəki ilə eynidir. O zamandan sürətlə dəyişən tək bir şey, uşaqların sosial medianı necə tez-tez yoxlamaqlarıdır.

10 yeniyetmədən 4-ü sosial mediadan saatda bir neçə dəfə, digər 16% isə "demək olar ki, daimi" istifadə edirlər.

Bunun səbəbi smartfonlara və digər elektron qurğulara daha çox giriş imkanının olmasıdır.

2012-ci ildə bu yaş qrupundan 41 faiz gəncin smartfonu olub. Bu gün bu rəqəm ikiqat artıb. Demək olar ki, hər 10 gəncdən 9-nun smartfonu var.

Hətta ən gənc yeniyetmə qeydiyyatdan keçə bilər. 13-14 yaşlılardan 93 faizinin planşet və bunabənzər digər mobil cihazları var.

Gənclər sosial medianın onların əhvalına müsbət təsir göstərdiyini deyir. 4 nəfərdən 1-i sosial medianın onlara özlərini daha az tənha hiss etməyə kömək etdiyini bildirir. Eyni sayda yeniyetmə ictimai medianın yaradıcı ifadənin əhəmiyyətli vasitəsi olduğunu düşünür.

Amma amerikalı valideynlər üçün heç bir təsəlli olmayacaq məlumat odur ki, sorğulanan gənclərin yarıdan çoxu valideynlərinin sosial mediada baş verən hadisələrdən daha çox xəbərdar olduqlarını və bunun onları daha çox narahat etdiyini bildiriblər.

XS
SM
MD
LG