Accessibility links

Amerikalıların 49 faizi Trampın impic edilməsini istəyir


Amerikalıların 49 faizi Trampın impic edilməsini istəyir
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Prezident Trampın tərəfdarları qarşısında danışacağı məsələlərin siyahısı bəlli idi. İqtisadi inkişaş, sərhəd divarı…

İndi isə…

"Biz onu impiç edəcəyik. Lakin o, işini əla görür. Lakin bunun fərqi yoxdur. Bunu yadda saxlayın, O, işini əla görür" - deyə, Tramp bildirib.

ABCNews və Washington Post-un keçirdiyi rəy sorğularına görə, amerikalıların 49 faizi Trampın impic prosesinin başladılmasını istəyir. Tramp isə bundan istifadə edərək, tərəfdarlarını ruhlandırmağa çalışır.

"Bu baş versə, günah sizdə olacaq. Çünki səs vermədiniz.”

Demokratlar isə bu mövzuya toxunmaq istəmir. Onlar Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair xüsusi təhqiqiatın yekunlaşdırılmasını gözləyir.

Bu istəksizlik tarixə dayanır. 1998-ci ildə Nümayəndələr Palatası prezident Bill Klintonun Ağ Ev praktikantı Monika Luinski ilə əlaqələrinə dair ədalətə maneə törətmək ittihamı ilə impiç prosesinə başladıqda demokratlar noyabr seçkilərinə həvəslə getmişdi.

Demokratların əksəriyyəti məsələyə məhəl qoymur. Baxmayaraq ki, Tramp buna əhəmiyyət verir. Ara seçkilərindən sonrakı hesablamalar dəyişə bilər. Demokratlar NP-da kifayət qədər yer əldə etsələr belə, impiç prosesi ciddi siyasi qarşıdurmalarla üzləşəcək

“Senatda 50 respublikaçıdan 17-i Trampı vəzifəsindən kənarlaşdıra bilər. Bu onların seçicilərinin əleyhinə olacaq. Hazırda onların bu yolu seçəcəyi görünür. Lakin belə olmayacaq”- deyə Amerika Universitetinin professor Devid barker bildirib.

Hələ ki, hər iki partiyadan qanunvericilər iş yerləri və mühacirət məsələlərinə diqqət yetirir.

XS
SM
MD
LG