Durnalar, şahinlər, adi qarğalar amerikalıların gözündə səma məşhurlarıdır. Hətta onları görməyənlər üçün belə.
ABŞ-da keçirilən araşdırmalar insanlarla quşlar arasında təmasların müəyyən edilməsinə həsr edilib.
2008-2017 illər ərzində amerikalılar 621 quş haqda məlumat əldə edib.
Bioloq və müstəqil araşdırmaçı Castin Şutzun dediyinə görə, tədqiqata Google-ın axtarış səhifəsinin nəticələri də daxil edilib.
2008-2017 illər ərzində amerikalılar 621 quş haqda məlumat əldə edib. Digər bir sual hər bir quşa göstərilən maraq olub.
"Məşhurlar" kateqoriyasına Google-da daha artıq diqqət yetirilən quşlar aid edilib.
Castin Şutzun dediyinə görə, onların yaşadığı bölgələrdən maraq daha yüksək olub. Araşdırmaçılar quşlarla tanış olanların neqativ və ya pozitiv münasibətini də aşkarlaya bilib.
"Qonşular" kateqoriyasında eyni ərazidə yaşayanlar salınıb. "Yad" quşlara isə maraq yüksək olmayıb.
Alimlər quşları məşhurlaşdıran detallara da nəzər salıb. Daha böyük və rəngli quşlar diqqət mərkəzində olub.
Uğur nümunəsi kimi peşəkar idman komandalarına məxsus quşlar daha məşhurdur. Lakin onların idmançılara və ya idmançıların onları tanıtdığı bəlli deyil.
Araşdırmaların nəticəsi böyük təəccüb doğurub. Belə ki, bayquşlara maraq gözlənildiyindən artıq olub.
Amerika Qusları Assosiasiyasının direktoru Ceffri Qordon araşdırmaları insanların quşlara münasibətini müəyyən edən maraqlı tədqiqat adlandırıb.