Accessibility links

Amerikalılar ara seçkilərində rus trolların internetə çıxışını kəsib


ABŞ hərbi qüvvələri ölkədə keçirilən ara seçkilərinə müdaxilə etməyə can atan rus agentliyinin internetə çıxışını kəsib.

Washington Post qəzetinin yazdığına görə, məqsəd Kremlə mesaj göndərmək olub ki, onun ABŞ daxilindəki əməliyyatları bədəlsiz ötməyəcək.

Qısaca desək İAA-nı internetdən çıxarıblar. Onları söndürüblər.

Sankt Peterburqda qərargahlanan və Prezident Vladimir Putinə yaxın oliqarx tərəfindən idarə olunan İnternet Araşdırmaları Agentliyinə (İAA) zərbə ABŞ seçkilərinə müdaxilələrinə görə Rusiyaya qarşı kiber-əməliyyatlarının tərkib hissəsidir.

“Qısaca desək, onlar İAA-nı internetdən çıxarıblar,” deyə əməliyyat haqda bilgisi olan rəsmi Post-a bildirib. “Onları söndürüblər.”

Bu əməliyyat ABŞ Kiber Komandanlığının Milli Kəşfiyyat Agentliyindən topladığı kəşfiyyat əsasında ilk belə addımıdır. Kiber-əməliyyat Prezident Donald Tramp və Konqres tərəfindən amerikalı kəşfiyyatçılara verilmiş əlavə səlahiyyətlərdən qaynaqlanır.

"Trol fabriki" kimi tanınan İnternet Araşdırmaları Agentliyi oliqarx Yevgeniy Priqojin tərəfindən maliyyələşir. Sankt Peterburq, Rusiya.
"Trol fabriki" kimi tanınan İnternet Araşdırmaları Agentliyi oliqarx Yevgeniy Priqojin tərəfindən maliyyələşir. Sankt Peterburq, Rusiya.

Sankt-Peterburqdakı əməliyyatın uzun dönəmli təsirləri hələlik qeyri-müəyyən qalır.

Rusiyanın taktikaları daim təkmilləşir və bəzi təhlilçilər bu ölçünün rus trollarını birdəfəlik dayandıracağına əmin deyillər.

“Bu əməliyyat çəkindirici amil deyil, daha çox sillə funksiyası daşıyır,” Cons Hopkins Universitetinin professoru Tomas Rid müşahidə edir.

Hədəfimizin bir hissəsi onların işinə əngəl yaratmaqdır, çaşqınlıq salmaqdır. Artıq əvvəlki kimi biznes olmayacaq.

Lakin bəzi ABŞ rəsmiləri deyirlər ki, “böyük strateji çəkindirmə” heç də həmişə hədəf olmur.

“Hədəfimizin bir hissəsi onların işinə əngəl yaratmaqdır, çaşqınlıq salmaqdır,” bir müdafiə rəsmisi deyir. “Burada bir dəyər var. Biz onlara göstərdik ki, nə etməyə qadirik. Artıq əvvəlki kimi biznes olmayacaq.”

Pentaqon rəsmiləri addımı uğur kimi qiymətləndirmiş və bəzi ABŞ senatorları ölçünü alqışlamışlar.

Kiber Komandanlığı və Milli Kəşfiyyat Agentliyi şərh verməyib.

XS
SM
MD
LG