Accessibility links

Amerikalılar iqtisadiyyatın inkişafına qərəzli yanaşır [Video]


Amerikalılar iqtisadiyyatın inkişafına qərəzli yanaşır
please wait

No media source currently available

0:00 0:02:56 0:00

ABŞ iqtisadiyyatı bir çox göstərici baxımından güclüdür. Prezident Donald Tramp isə bir çox hallarda buna görə lovğalanır. Amma amerikalıların bunu Trampın uğuru kimi görüb-görmədikləri onların hansı siyasi partiyaya mənsub olduqlarından asılıdır.

Ümumilikdə insanlar iqtisadiyyatda baş verənləri anlamaqda çətinlik çəkir, onlar vəziyyətin yaxşı olduğunu bilsə də, bunun arxasındakı səbəblərlə bağlı düşüncələri mənsub olduqları partiyaya görə dəyişir
Robert Qriffin

İqtisadi göstəricilər Amerika iqtisadiyyatının çox gözəl vəziyyətdə olduğuna işarə edir. İşsizlik 3,9 faizdir. Bu isə 2000-ci ildən bəri ən aşağı göstəricidir. Özəl sektorlar isə artıq 101-ci aydır ardıcıl olaraq iş yerlərini artırır. Belə ki, dünya maliyyə böhranından bəri iqtisadiyyata 19,5 milyon iş yeri əlavə olunub. İstehlakçı etimadı isə 18 ildə ən yüksək səviyyədədir.

Prezident Tramp iqtisadiyyatın onun yürütdüyü siyasətin sayəsində bu səviyyəyə çatdığını deyir.

“Amerikaya yenidən ehtiram göstərilir və Amerika yenidən qələbə çalır, çünki biz Amerikanın maraqlarına üstünlük veririk. Baxdığımız hər yerdə Amerikanın iqtisadi möcüzəsinin təsirlərini görürük”, o deyib.

Trampın tərəfdarlı onunla razılaşır.

“Mən düşünürəm ki, onun iqtisadi siyasəti çox gözəldir. Bizi iqtisadiyyatımız inkişaf edir. Fikrimcə bütün nizamlamaların aradan qaldırılması möhtəşəmdir” - deyə, Baffalo sakini Dan Smolarek bildirib.

Amma hər kəs prezidentin yaxşı işlər gördüyünü düşünmür.

“Mən ona 100 baldan 30 verərdim. Onun üzərində işləməli olduğu bir neçə məsələ var. Hər prezidentdə olduğu kimi onun da işi ağırdır, amma o daha da çox iş görməlidir”, Denver sakini Maykl Harris bildirib.

Hazırda ABŞ-da baş verən başqa mühüm məsələlərdə olduğu kimi, amerikalıların iqtisadiyyatla bağlı mövqeləri də onların siyasi baxışlarından asılıdır.

“Ümumilikdə insanlar iqtisadiyyatda baş verənləri anlamaqda çətinlik çəkir, onlar vəziyyətin yaxşı olduğunu bilsə də, bunun arxasındakı səbəblərlə bağlı düşüncələri mənsub olduqları partiyaya görə dəyişir. Amerika siyasətində vəziyyət elədir ki, biz çox qərəzli vaxtda yaşayırıq. Belə ki, insanların iqtisadiyyatın durumu və ya elə özlərinin vəziyyəti ilə bağlı nöqteyi-nəzərlərinə prezidentin və onların özlərinin mənsub olduqları partiya təsir göstərir” – deyə, Robert Qriffin bildirib.

Robert Qriffin və Demokratiya Fondunun Seçici Araşdırma Qrupu səkkiz min amerikalı ilə bağlı üzərində tədqiqat aparaq bu nəticəyə gəlib. Bu isə partiya mənsubiyyətinin insanların iqtisadiyyat da daxil olmaqla, demək olar, hər şeylə bağlı düşüncələrinə təsir göstəridiyi araşdıran tədqiqatlardan ən sonuncusudur. Amerika Sahibkarlıq İnstitutundan Rayan Striter bildirib ki, vəziyyət artıq 15 ildir belədir.

Amerikaya yenidən ehtiram göstərilir və Amerika yenidən qələbə çalır, çünki biz Amerikanın maraqlarına üstünlük veririk. Baxdığımız hər yerdə Amerikanın iqtisadi möcüzəsinin təsirlərini görürük
Donald Tramp

“10 il öncə baş verən dünya maliyyə böhranından bəri iqtisadiyyatın inkişaf etdiyini düşünən insanların sayı 11 faizdən 53 faizədək artıb. Amma yaxından nəzər salsaq görərik ki, bu göstəricinin artmasına Demokratların Obama dövründə iqtisadiyyata olan etimadı, xüsusilə də Tramp seçiləndən bəri respublikaçıların artan etimadı səbəb olub”, o deyib.

Bundan əlavə insanların gəlirləri də böyük təsir göstərir.

Əmək bazarı üzrə göstəricilərin güclü olmasına baxmayaraq, dövlətin açıqladığı statistika amerikalıların maaşlarının sabit qaldığını, ən böyük gəlir artımının isə yüksək-gəlirli insanların payına düşdüyünü göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG